Hər bir dövlətin bel sümüyünü ordu təşkil edir. Hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin. Prezident İlham Əliyevin iqtisadi və digər sahələrdə olduğu kimi ordu sahəsində də 17 il ərzində apardığı uğurlu islahatlar Vətən müharibəsində öz meyvəsini verdi. Vətən müharibəsi zamanı işğaldan ilk azad edilən iri yaşayış məntəqəsi Cəbrayıl şəhəri idi.Cəbrayılın işğaldan azad edilməsindən sonra ordumuzun əsas hədəfi işğalçı ermənilərin ən az Xankəndi qədər önəm daşıdığı və strateji önəm kəsb etdiyi Hadrut qəsəbəsi idi. Hadrut qəsəbəsi hələ sovet dövründən erməniləşdirilməsinə cəhd göstərilən ərazilərimizdən olub. Keçmiş SSRİ-nin ermənipərəst rəhbər şəxslərinin apardığı siyasət nəticəsində burada yaşayan əhalinin tərkibində ermənilərin çoxluq təşkil etməsinə çalışılıb. 1988-ci ildə azərbaycanlılar yalnız Ermənistandan qovulmayıblar. Tarixi torpaqlarında yaşayan soydaşlarımız həmin ildə hətta suveren Azərbaycan dövlətinin ərazisinə daxil olan Qarabağdan da zorla qovulurdular ki, bu ərazilərin arasında Hadrut da olub. Hadrut rayonunun çox strateji əhəmiyyəti var. Çünki Hadrut bir tərəfdən Şuşa, bir tərəfdən Xankəndi, bir tərəfdən Laçın və Xoçavənd şəhəri ilə sərhəddir.Yəni Azərbaycan ordusu Hadrut istiqamətində vuruşmaqla düzən ərazidən dağlıq əraziyə çıxırdı.Təxminən 10 gündən artıq davam edən döyüşlər nəticəsində müzəffər Azərbaycan ordusu Hadrut qəsəbəsini işğaldan azad etdi.Müzəffər Ali Baş Komandan İlham Əliyev 9 oktyabr-Hadrutun işğaldan azad edilməsini xalqa çatdırarkən uğurla icra edilən Hadrut əməliyyatının dünya hərb tarixində və dərsliklərində yazılacağını da bildirmişdi. Hadrutun azad edilməsindən sonra ordumuz tərəfindən 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını qənimət kimi götürüldü.Prezident İlham Əliyev düşmən üçün önəmli olan Hadrutun azad edilməsindən sonra bir önəmli açıqlama daha edərək ,bunları söyləyirdi : Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almış və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur.
Müharibə bitdikdən sonra hərbi sahədə quruculuq işləri görülür. Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər.Yaxın günlərdə Hadrutda yaradılan Komando briqadası həmin onlardan biridir. Xalqın seçdiyi prezident ən yaxşı,ən önəmli günlərini hər zaman xalqı ilə birlikdə qeyd edir.XXI əsrdə belə bir prezidenti,dövlət başçısını biz İlham Əliyevin timsalında görürük.Çox yaxşı xatırlayıram 10 il öncə idi,11-ci sinifdə
oxuyurdum,2011-ci ildə 50 illik yubileyini mənim də yaşadığım laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta Körpü qəsəbəsində qeyd etdi.2021-ci ildir,prezidentimiz 60 illiyini işğaldan azad olunmuş ərazilərdə-Qarabağda qeyd edir. “2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”. Prezidentimizin Cıdır düzündə söylədiyi bu çıxışlar xalq-rəhbər birliyinin ən böyük nümunəsidir.
Bakı şəhəri 28 №-li tam orta məktəbin tarix müəllimi
Həsən Xələfov