Müharibə-bu söz xalqlar, ölkələr üçün bütün tarix boyu ağrılı, acılı, qan dolu bir söz olub. Çünki müharibə olan ölkədə həmişə itkilər, dağıntılar, göz yaşları olur.
27 sentyabr 2020-ci il... Bu tarix Azərbaycan xalqı üçün həm şərəfli Vətən Müharibəsinin böyük qalibiyyətin başladığı tarix, həm də sonrakı illərdə qalib xalqın uğrunda canından keçən şəhidlərin “Anım Günü” kimi tarixə yazılacaqdır. I Qarabağ Müharibəsində torpaqlarımıza zorla ayaq basan zalım erməniləri məhz bu tarixdən etibarən 44 gün müddətində oradan çıxarıb atmağa Azərbaycan əsgəri nail oldu. Hər bir qarış torpaq, hər bir yüksəklik öz stratejiliyinə görə əhəmiyyətli idi. Lakin daha böyük ərazilərin nəzarət altına alınması üçün bəzi daha vacib strateji yerlər vardır ki, xüsusi əhəmiyyət kəsb edirdi. Belə əhəmiyyətli yerlərdən biri də Hadrut idi. Hadrutun işğaldan azad olunması Ermənistana böyük zərbə olacaqdı. Çünki bununla Şuşa istiqamətində irəliləmək üçün daha uyğun imkanlar yaranacaqdı. Çox keçmədi, o gün gəldi.
09.10.2021-ci il Hadrut-Xocavənd erməni dığalarının əsarətindən geri alındı. Bütün xalq Azərbaycan televiziyasından cənab prezident İlham Əliyevin gözəl xəbərlərini eşitmək üçün birgə əyləşib səbirsizliklə gözləyirdi. O da bizim gözümüzü yolda qoymayıb demək olar ki, hər gün müjdəli xəbərlər verirdi. Hadrutda – Xocavəndə də erməni bayrağı igid əsgərimiz tərəfindən çıxarılıb atıldı, şanlı 3 rəngli bayrağımız qaldırıldı. Ermənilər ağıl belə edə bilməzdi ki, Azərbaycan əsgəri öz uğurlu hərbi manevri ilə Cəbrayıldan sonra Hadrut istiqamətində irəliləyəcək. Məğlub olmalarını qəbul edə bilməyən erməni hökumət başçıları öz xalqına daim yalan dolu xəbərlər verir, Azərbaycan əsgərinin qəhrəmanlıqlarını öz adlarına yazırdılar. Lakin vaxt gəldi, vədə yetişdi və məğlub Ermənistan öz məğlubiyyətini qəbul etdi. Artıq biz öz ərazilərimizdə bərpa işlərinə başlamışıq. Hadrutda avtomobil yolunun təməli qoyuldu. Hadrut-Cəbrayıl, Hadrut-Fizuli avtomobil yolları çəkiləcək, Hadrut yarımstansiyası tikiləcək, turizm mərkəzləri, otellər, infrastruktur qurulacaq.
Qarabağ bizimdir!
Bakıxanov qəsəbəsi, 213 nömrəli məktəb-liseyin
direktoru Səbinə Əliyeva