Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə

Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə Üçtərəfli görüşdən əsas gözlənti; İrəvanın vaxt limiti bitib; bu dəfə kapitulyant ölkənin üzərinə daha konkret öhdəlik qoyulacaq; Putin Paşinyanı qısa zamanda üzüyola və sözəbaxan edə bilər, edəcəkmi?..

Ölkə.az xəbər verir ki, bu gün Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü olacaq. Artıq təxmini gündəlik bəllidir. Tanınmış politoloq, Kremlə yaxınlığı ilə tanınan Sergey Markov deyib ki, əsas məsələlərdən biri və birincisi tərəflərin 10 noyabr 2020-ci il bəyanatı və bu bəyanatın bütün bəndlərinə sadiqliklərini bir daha təsdiqləməsi ilə bağlı olacaq.

“Bu məsələ 99 faiz ehtimalla həllini tapacaq və olduqca vacibdir. Müzakirə olunacaq ikinci məsələ sərhədlərin demarkasiyası, üçüncü isə dəhlizlərdir”, - Markov bildirib.

Politoloqa görə, hazırda problem çox olduğundan, sərhədin demarkasiyası və delimitasiyası məsələsinin birdəfəlik həlli mümkün deyil. “Çox güman ki, görüş zamanı sərhədin delimitasiyası üzrə işçi qrupunun yaradılması ilə bağlı qərar veriləcək. Təəccüblüdür ki, sülh sazişinin imzalanmasından bir ildən çox vaxt keçib, ancaq Belə bir işçi qrupu hələ də yaradılmayıb”, - rusiyalı ekspert bildirib.

Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə


Maraqlıdır ki, görüş ərəfəsində Rusiya prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının sədri, Əliyevlə Paşinyan arasında 15 dekabr Brüssel görüşünün təşkilatçısı Şarl Mişel arasında telefon danışığı olub. Kremlin yaydığı məlumata görə, telefon danışığı zamanı bir sıra aktual beynəlxalq problemlər müzakirə olunub.

Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə


“Vladimir Putin Şarl Mişelin xahişi ilə Dağlıq Qarabağa dair 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində atılan addımlar barədə məlumat verib. Məhz bu məsələlərə Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə baxılması planlaşdırılır”, - məlumatında qeyd olunur.

*****

Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə


Beləliklə, gündəm ortada. Qalır, indi onun konstruktiv məcrada müzakirəsi və veriləcək qərarların ləngimədən həyata keçirilməsi. Çünki yuxarıda adı çəkilən iki sənədin mühüm bəndlərinin reallaşması onsuz da yubanır. İlk növbədə də Ermənistan rəhbərliyinin təxribatları ucbatından.

İkinci yandan, belə vəziyyət Rusiyanın, məxsusən onun lideri Putinin imici əleyhinə işləməkədədir. Hər necə olmasa, həmin sənədlərdə onun imzası durur. Paralel surətdə bölgədə yeni müharibə riski artır ki, bu da Kremlə sərfəli deyil. Odur ki, bu dəfə rəsmi İrəvanın üzərinə daha konkret öhdəliklərin qoyulacağı, daha konkret vaxtların göstəriləcəyi ehtimalı böyükdür. Əsas da Zəngəzur dəhliz ilə bağlı.

İrəvanın ən çox çəkindiyi isə məhz elə bu mövzudur. Lakin baş nazir Paşinyanın yeni siyasi oyunlar hesabına vaxtı uzatmaq limiti artıq bitib. Biz hələ onu demirik ki, hər mənada Moskvanın güclü asılılığında olan Ermənistanın çoxdandır hər hansı gündəm formalaşdırmaq, şərt irəli sürmək və ya çıxarılan ortaq qərarları sabotaj eləmək kimi resursu, potensialı yoxdur.

Demək ki, yenə Rusiya amilinə diqqət yönəlir. Yəni Kreml istəsə Paşinyanı çox qısa zamanda üzüyola və sözəbaxan edə bilər. Ediləcəkmi?..

*****

“Soçi görüşündə aktiv şəkildə müzakirə olunacaq mövzulardan biri də nəqliyyat dəhlizləri məsələsidir. Lakin bu mövzuda dərhal irəliləyişin olub-olmayacağı hələlik aydın deyil”.

Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə


Sergey Markov

Bunu da Sergey Markov gözləntilərlə bağlı danışarkən söyləyib. Onun sözlərinə görə, bu dəhlizlər arasında bircə Laçın nəqliyyat dəhlizi normal işləyir, hərçənd Bakının bu dəhlizlə bağlı iddiaları var: “Çünki Şuşadakı terror aktına bənzər hadisələr Laçın dəhlizindən partlayıcıların keçirilməsi ilə baş tutub. Buna görə də Bakı sonda Azərbaycanın hüquq-mühafizə strukturlarının Laçın dəhlizində yerləşdirilməsini tələb edə bilər”.

Ekspertin fikrincə, əsas müzakirə olunacaq məsələ də Zəngəzur dəhlizi ilə bağlıdır: “Ermənistan qorxur ki, bu nəqliyyat dəhlizi kifayət qədər böyük həcmdə yaradılarsa, Azərbaycan gücləndikcə həmin nəqliyyat dəhlizindən istifadə edərək Ermənistanda Sünik vilayəti adlandırılan Zəngəzurdakı bütün nəzarəti ələ keçirər və Ermənistan İranla olan sərhədlərini itirər. Bu, Ermənistan üçün olduqca qəliz məsələdir. Ona görə də bu istiqamətdə danışıqların inkişafına mane olur, təkidlə bunun dəhliz deyil, yalnız nəqliyyat kommunikasiyası olmasını istəyir”.

Ancaq Paşinyan hökuməti istəsə də, istıməsə də, 10 noyabr sənədində (9-cu bənd) Zəngəzur yolunun məhz dəhliz fəlsəfəsinə uyğun mahiyyəti əks olunub və onun Ermənistan tərəfindən nəzarəti barədə bir kəlmə də deyilmir. Ermənistan bu yolda yalnız təhlükəsizliyi, maneəsiz (!!) hərəkəti təmin eləməlidir, yəni heç bir yoxlanış apara bilməz. Bənddə deyildiyi kimi, nəzarət yalnız Rusiyada olacaq. Laçın koridorundakı kimi.

*****

Ən əsası, nəqliyyat yollarının açılması və yekun etibarilə Ermənistanın blokadasının götürülməsi hamıdan çox İrəvana lazımdır. Çünki qonşularla normal əlaqələr və əməkdaşlıqdan məhrum olan kapitulyant ölkə hər ötən ay daha dərin sosial-iqtisadi böhran bataqlığına yuvarlanır.

Yeri gəlmişkən, bu arada Ermənistanın dövlət borcu sürətlə artmaqdadır. Erməni KİV-lərin yazdığına görə, təkcə bu ilin 10 ayında dövlət borcu daha 1,2 milyard ABŞ dolları və ya 15,6% artaraq 9,2 milyard həddini keçib. Bu adambaşına 3100 dollar (!) borc deməkdir. “Maraqlıdır ki, bu dövrdə təkcə xarici deyil, həm də daxili borclar artıb. Borcun və ümumi daxili məhsula nisbətdə dinamika da narahatlıq doğurur. Belə çıxır, iqtisadiyyat 4,4%, dövlət borcu isə 15,6% artıb. Bu göstəricilərdən də aydın olur ki, dövlət borcunun artımı iqtisadiyyatın böyüməsinə və inkişafına kömək etməyib və gələcək nəsillər üçün əlavə yükə çevriləcək” - erməni mediası yazıb.

Aydındır ki, Ermənistan ətrafında nəqliyyat yolları, kommunikasiyalar bağlı qaldıqca, blokada rejimi davam elədikcə, onun simvolik dövlətçiliyinin də məhvi sürətlənəcək. Ölkədən kütləvi köç daha böyük miqyas alacaq. Seçim, həmişəki kimi, özlərinin, daha doğrusu, Nikol Paşinyanındır. Soçi görüşü bu xüsusda sonuncu fürsət olmaqla yanaşı, Ermənistanın sonu da ola bilər...

Mənbə: Musavat.com

Oxşar xəbərlər