Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşünün detalları təfsilatı ilə açıqlanmır; Bu görüşün zərurəti, hansı mövzuların müzakirə edildiyi haqda müfəssəl məlumatlar verilmir...
Prezident İlham Əliyevlə həmkarı Vladimir Putinin görüşündən sonra ümidverici açıqlamalara da rast gəlinmir.
Politoloq Elxan Şahinoğlu sual edib ki, görəsən Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə nədən qəfil görüşə ehtiyac duyub ki, azərbaycanlı həmkarını Soçiyə dəvət edib:
“Bu sual bir çoxumuzun beynində dolaşır. Ancaq bizdən də çox ermənilər narahatdır. Onların beynində dolaşan sual isə budur:
Görəsən Putin Əliyevlə razılaşıb Ermənistana təzyiq etməz ki? Bütün hallarda Soçi görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyini düşünmürəm.
Tam tərsinə, Kreml Azərbaycan ordusunun işğalçıya artan təzyiqindən narahatdır və bu narahatlığını müxtəlif yollarla rəsmilərimizə anladırlar”.
Lakin Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündə iki məqam diqqəti çəkdi. Birinci məqam elə Rusiya prezidenti Vladimir Putinin dilindən səsləndi.
Azərbaycan prezidenti İlham Əliyevlə görüşə “ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək” ifadəsi ilə başlayan Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişafını müzakirə edəcəklərini, o cümlədən Moskva və Bakının gələcək üçün çoxlu birgə planları olduğunu dedi.
Bu cümlələrdə o qədər böyük yük var ki, prezidentlərin görüşünün mətbuat üçün qapalı hissəsində hər iki tərəfi narahat edən bütün mövzuların müzakirə edildiyini proqnozlaşdırmaq olar.
Narahatedici mövzuların tamamı hamımıza bəllidir. Bu mövzular barədə illərdir ayrı-ayrılıqda yazırıq.
Ulus.Az-ın Siyasət Şöbəsi xəbər verir ki, ilk dəfə prezidentlərin görüşündən sonra informasiya bolluğu azdır.
Prezidentlərin görüşü ilə bağlı ikinci məqam mətbuata verilən açıqlamalardır. Açıqlamanın ilk cümləsində deyilir:
“Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib”.
Bu Azərbaycan prezidentinin və digər rəsmilərimizin rusiyalı həmkarlarıyla müzakirə etdiyi başlıca mövzudur. “Rusiya istəsə münaqişə qısa zamanda həll olunar” – yanaşması hələ köhnəlməyib.
Yetər ki, istəsin. Elə problemin kökü də bundadır ki, Rusiya hələ istəmir, istəsə də Azərbaycana elə ağır şərtlərini irəli sürür ki, bunlara “hə” demək Azərbaycanın Ermənistanın gününə düşməsinə gətirib çıxaracaq.
Kreml istəsə erməni separatçılarının girov saxladığı iki vətəndaşımızı da asanlıqla azad edə bilər.
Bunun üçün Putinin erməni həmkarına bir telefon zəngi kifayət edər. Ancaq hələ bunu da istəmir, istəsə bizim də azad edə biləcəyimiz şəxs var və onun ismi Putinə bəllidir.
"Balans" pozulmasın deyə yaxın günlərdə Putinin erməni həmkarı Serj Sərkisyanı da görüşə dəvət edəcəyi proqnozlaşdırılır.