Ruslan Əliyev: Qarabağdakı zəfər tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridir

Ruslan Əliyev: Qarabağdakı zəfər tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridir “AZƏRİQAZ” İB-DƏ KİV NÜMAYƏNDƏLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

Ruslan Əliyev: Qarabağdakı zəfər tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridir


“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev növbəti dəfə media nümayəndələri ilə görüş keçirib. “Açıq qapı” aksiyasında Birliyin baş direktoru mətbuat nümayəndələri tərəfindən ünvanlanan bütün sualları cavablandırıb. Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə daha şəffaf və operativ əlaqə yaratmaq üçün “Azəriqaz” İB media nümayəndələrinə hər həftənin 5-ci günü “Açıq qapı” aksiyasının imkanlarından istifadə edərək, onları maraqlandıran sualları birbaşa olaraq Birliyin baş direktoruna ünvanlamaq üçün şərait yaradır.


Qeyd edək ki, bu, “Açıq qapı” aksiyası çərçivəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə keçirilən sayca 4-cü görüşdür. Media nümayəndələri üçün aksiyada iştirak etmək tamamilə könüllüdür. “Açıq qapı” aksiyası hər həftənin cümə günü “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Məlumat üçün bildirək ki, mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır. Bir daha mətbuat nümayəndələrini “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırırıq.

Ruslan Əliyev: Qarabağdakı zəfər tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridirRuslan Əliyev: Qarabağdakı zəfər tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridirRuslan Əliyev: Qarabağdakı zəfər tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridir

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev - İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü olmuşdur. Bu çox tarixi bir məsələdir. Biz Ərəb dövlətləri təşkilatını və digər qrupları görmüşdük. Amma indi isə Türk Dövlətləri Təşkilatı da yarandı. Yəni burada həmin dövlətlərin məhz türk dövlətləri olması ehtiva olunur. Həm də bu hüquqi sistemin hissəsi olan bir təşkilat kimi qəbul olunur. Şübhəsiz ki, diqqət etsək bu hazırlıqlar məhz Azərbaycan Respublikasının Türkdilli Dövlətlərə Əməkdaşlıq Şurasına rəhbərliyi dövründə həyata keçirilir. Türkmənistanın özünün müşahidəçi kimi iştirak etməsi də məhz Azərbaycanın sədrliyi dövründə baş verib. Yəni bu komponentlər, bu tərkib hissələrinin inkişafı bizim üçün bu gün tarixi hadisənin baş verməsinə səbəb oldu. Türkdilli Dövlətlərin Təşkilatı yarandı. Bu çox xoş haldır ki, cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Ali Baş Komandan elan etdi. Bununla da ona türk dünyasının nişanını verməklə bütün türk dünyası qarşısında onun xidmətlərini qeyd etdi. Həqiqətən də məhz Qarabağdakı zəfər əslində tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridir. Eyni zamanda qeyd olunduğu kimi Zəngəzur dəhlizinin açılması da türk dövlətlərini bir-birinə bağlayan çox ciddi amillərdən biri olacaqdır.

Azərbaycan tərəfi sədrliyi dövründə çox ciddi çalışdı. Bu heç kəsə sirr deyil ki, Mərkəzi Asiya ölkələri bu məsələyə biraz ürkək yanaşırdı. Məhz bu birlik, bu təşkilat da Türkiyə və Azərbaycan dostluğunun, əməkdaşkığının üzərində qurulub. Şübhəsiz ki, bu iki dövlətin xidmətləri çox yüksək qiymətləndirilir. Azərbaycanın rəhbərliyi dövründə bütün sahələr üzrə yaratdığı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edirdi. Çünki Azərbaycan təşəbbüsləri ilə yalnız mədəni birlik kimi deyil, eyni zamanda siyasi, iqtisadi cəhətdən də bu təşkilat inkişaf etmiş oldu. Ona görə də Ali Baş Komandana hamısı dəstək verdi. Məhz bunun nəticəsidir ki, bütün dövlətlərin rəhbərlərinin birgə qərarı ilə Azərbaycan dövlətin başçısı təltif olundu. Hələ bu gün başqa dövlətlərin tərkibində duran Rusiyada, Çində yaşayan türk xalqları və digər dövlətlərdə olan türk xalqları onlar üçün günəşin İstanbuldan doğduğunun fərqindədirlər. Bu günəşin doğmasında da Azərbaycanın xüsusi rolu vardır.

Oxşar xəbərlər