1992-ci il mayın 18-də Müsavat Partiyasının başçısı İsa Qənbər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və prezident səlahiyyətlərini müvəqqəti olaraq həyata keçirməyə başladı. Beləliklə, AXC- Müsavat cütlüyü hakimiyyətə gəldi.
Lakin hakimiyətə gəlmiş qüvvələr xalqın etibarını itirməyə başladı. Onlar hakimiyyəti möhkəmləndirə və ondan xalqın xeyrinə səmərəli istifadə edə bilmədilər.
Rəhbərliyin kadr siyasətindəki səhvləri, idarəçilikdə yol verilən ciddi qüsurlar xalqı AXC- Müsavat cütlüyündən daha da uzaqlaşdırdı. Həm iqtidarın səriştəsiz siyasəti, həm də xarici qüvvələrin təhrikçiliyi ilə ölkədə seperatçı qüvvələr fəallaşdı.
1993-cü il iynun əvvəllərində ölkədə hərbi qiyam baş verdi. Qiyamçılar silahlı qüvvələri döyüş bölgələrindən geri çəkib AXC- Müsavat hakimiyyətinə qarşı istifadə etdi. Gəncədə toqquşmalar oldu.
Bundan işğalçı qüvvələr istifadə etdi və Dağlıq Qarabağ və ətraf rayonlarda işğalı davam etdirdi. Belə ağır vaxtlarda xalqın diqqəti Heydər Əliyevə yönəlmişdi.
Azərbaycanın tanınmış ziyalılarından ibarət 91 nəfər 1992-ci il oktyabrın 16-da “Səs”qəzetində “Heydər bəyi biz çağırmalıyıq!” adlı müraciətlə çıxış etdi.
Heydər Əliyevə ünvanlanmış bu tarixi sənəddə ölkəni yaranmış ağır vəziyyətdən çıxarmaq üçün xalqın məhz onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı.
Ümummilli lider Heydər Əliyev respublika ziyalılarının bu çağırışına oktyabrın 24-də cavab verdi.
Yeni Azərbaycan Partiyasının yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasını mövcud böhrandan xilas etmək idi.
1992-ci il Noyabrın 21-də Naxçıvanda Azərbaycan Respublikasının bütün bölgələrini təmsil edən nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev yekdilliklə Partiyanın sədri seçildi.
Beləliklə, xalqın həyatında mühüm rol oynayan və öz üzərinə böyük tarixi missia götürən Yeni Azərbaycan Partiyası yaradıldı.
Zabrat qəsəbəsi, 192 saylı məktəbin direktoru Təhmasib Məmiye