Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir

Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir

Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycanda müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. 1991 və 1992-ci ilin I yarısında ölkəyə rəhbərlik edən AXC-Müsavat höküməti dünyada və dağılan İttifaq məkanında baş verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha sonra isə nə bahasına olursa-olsun Azərbaycanın bu qüvvələrin təsir dairəsindən çıxmasına yol verməməyə cəhd göstərirdilər. Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə, yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralın 26-da Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhərində soyqırım törədildi, bunun nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarların bir çoxu İkinci Qarabağ müharibəsində Müzəffər Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.

Bundan sonra, 8 mayda ermənilərin Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşanı işğal etməsi ilə yerli əhali burdan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı tamamlandı.

Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Həmin il mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi qərarının qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu.

1992-ci ilin may-iyun aylarında Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ aldı. Ölkənin prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy seçildi. Lakin cəbhədəki uğursuzluqlar nəticəsində 1993-cü ilin yayında Azərbaycanda siyasi vəziyyət gərginləşdi.

1993-cü ilin martın 27-dən aprelin 3-ü müddətində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu da işğal etdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən iki rayonun işğalı bir daha onu göstərdi ki, ermənilər tərəfindən törədilən bu münaqişə Dağlıq Qarabağın azadlığı uğrunda mübarizə ideyasından xeyli uzaq olaraq, əslində qəsbkar və işğalçı siyasətin davamı idi. 1993-cü illin əvvəlində baş verən bütün bu hadisələr ölkəni dərin siyasi-iqtisadi və sosial böhrana qərq edib iyun ayındakı Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, güc nazirliklərinin rəhbərləri istefaya getdi. Artıq

1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı.

Ölkəmizdə cərəyan edən bütün bu hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi kimi ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.

Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Bakıxanov qəsəbəsi, 252 saylı lisey-məktəbin

İngilis dili müəllimi Abdullayeva Şəhla

Oxşar xəbərlər