Ölkəmizdə yüksək demokratik qurumlar, təssisatlar yaradılıb və Azərbaycanda şəffaf seçki mühiti, söz, vicdan azadlığı yüksək səviyyədə qorunub saxlanılır

Ölkəmizdə yüksək demokratik qurumlar, təssisatlar yaradılıb və Azərbaycanda şəffaf seçki mühiti, söz, vicdan azadlığı yüksək səviyyədə qorunub saxlanılır Azərbaycan demokratik prinsiplər əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçmiş və bu yolda inamla addımlamışdır.Baxmayaraq ki,bu məşəqqətli yolda ölkəmiz bir çox maneələrlə rastlaşmışdır ,lakin dövlətimiz bu sahədə yüksək nailiyyətlərə nail ola bilmişdir. Demokratik cəmiyyətin və demokratik ənənələrin inkişaf etdirilməsi fonunda hələ 1993-cü ildən etibarən ümumilli lider Heydər Əliyev siyasi,iqtisadi və sosial ,həmçinin digər sahələrdə də müxtəlif struktur islahatlar həyata keçirmişdir.Və bu islahatların nəticəsi olaraq Azərbaycan yeni iqtisadi –siyasi formasiyaya keçid aldı.

Hal-hazırda Azərbaycanda demokratiyanın sübutu olaraq müxtəlif siyasi partiyalar,QHT-lər və müxtəlif mətbuat orqanları fəaliyyətdədir. Ümumilli lider Heydər Əliyevin əsası qoyduğu və bugün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsi olaraq hal-hazırda Azərbaycanda demokratik dəyərlər yüksələn xətlə öz inkişafını davam etdirir.Bununla da Azərbaycan beynəlxalq dünya arenasına inteqrasiya edir və demokratik dəyərlərin inkişafı üçün çox gözəl imkanlar yaranır.

Ölkəmizdə yüksək demokratik qurumlar ,təssisatlar yaradılıb və Azərbaycanda şəffaf seçki mühiti ,söz ,vicdan azadlığı yüksək səviyyədə qorunub saxlanılır.Dövlət xalqın milli maraqlarına əsaslanan daxili və xarici siyasət yürüdür.Bu gün dövlət qeydiyyatında olan 56 partiya vardır ki,bu partiya üzvlərinin hər bir nümayəndəsinə seçkilərdə sərbəst iştirak etmək hüququ verilib.Bu da Azərbaycanın demokratiya yolunun şəffaf olmasından xəbər verir.Həmçinin ölkəmizdə “ Siyasi dialoqun Azərbaycan modeli “adlı görüşün keçirilməsi bu istiqamətdə prezident İlham Əliyev tərəfindən atılmış mühüm addımdır.

44 günlük Vətən müharibəsi nəinki xalqımızın həmçinin müxtəlif siyasi partiyaların həmrəyliyinə də öz təsirini göstərdi.Prezident İlham Əliyevin “Bu gün bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək,erməni faşizminin baş qaldırmasına yol verməmək ,beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı ,o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur.Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər.Bu məlumat o qurumlar çərçivəsində verilməlidir.Yəni ,bu gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır.Əlbəttə ki,ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək,partiyalararası dialoqu möhkəmləndirmək,çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal ,sağlam rəqabət aparmaq-biz bunu istəyirik” kimi fikirləri siyasi partiyaların həmrəy ,yekdil mövqedən çıxışına çox mühüm təsir göstərdi .

Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi

Xavər Vəliyev adına 75 saylı tam orta məktəbin

ibtidai sinif müəllimi Əliyeva Aysel


Oxşar xəbərlər