Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır. Azərbaycan xalqının tarixinə nəzər salsaq bunun bir daha şahidi oluruq. Xalqımızın mərd, cəsur, igid oğlu Heydər Əliyev həyatı boyu Azərbaycan xalqına sədaqətlə xidmət etmiş, ömrünü onun inkişafına, xilasına həsr etmişdir.
1993-cü ildə Azərbaycanın daxilində müxtəlif formada onun dağılmasına xidmət edən hadisələr tüğyan edirdi.Belə ki, ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev parlamentin sədri seçildi. Məhz həmin gündən Heydər Əliyev xalqımızı “olum” və ya “ölüm” anından xilas etdi. Apardığı uzaqgörən siyasət, xalqın öz oğluna inamı, xalq –rəhbər birliyi sayəsində xalqımız çətin illəri geridə qoydu. Həyata keçirilən işlərin, atılan addımların, verilən qərarların müəllifi xalqın dəyərli oğlu Heydər Əliyev idi. Bu hadisələrdən sonra xalqın sabaha inamı artdı və onlar Heydər Əliyev ideyaları və çoxillik strategiyası ətrafında birləşdilər Məhz bu illərdən sonra Azərbaycan ayaqüstə dayandı və sürətli inkişaf yoluna davam etdi.
“Qurtuluş Günü” kimi adlandırılan bu günü xalqımız bayram kimi qeyd edir. İllər keçdikcə bu günün mahiyyəti və tarixi əhəmiyyəti, dəyəri artır. Etibarlı Azəraycan xalqı onun dövlətçiliyinin qorunmasında və ikişafında əvəzsiz rolu olan etibarlı oğlu Heydər Əliyevi həmişə xilaskarı kimi xatırlayır.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
direktoru Fərqanə Abbasova