Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları ADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Beynəlxalq şöbənin müdiri Küşvər Məmmədova və Baytarlıq fakültəsinin baş müəllimi Qulam Əlverdiyevdən ibarət nümayəndə heyəti Kazan Dövlət Aqrar Universitetində (KDAU) səfərdə olub.

Səfərin əsas məqsədi universitetin fəaliyyəti ilə yaxından tanış olmaq, eyni zamanda təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirmək, o cümlədən bitki mühafizəsi və seleksiya sahəsində birgə mexanizminin yaradılması yolu ilə elmi-tədqiqat layihələrini həyata keçirmək olub.

Qonaqlar Kazan Dövlət Aqrar Universitetinin Mexanikləşdirmə və Aqrobiotexnologiya və Torpaqdan İstifadə İnstitutunun laboratoriyalarında və tədris korpuslarında olublar.

Səfər zamanı birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları
Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları


Aqrar Universitetdə AMAL səfirləri, gənc fermerlər və tələbələr üçün təlimlər təşkil edilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində AMAL səfirləri, gənc fermerlər və tələbələrin iştirakı ilə təlimlər keçirilib.

Tədbirin açılında Universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov iştirakçıları salamlayaraq, bu cür təlimlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Avropa və Mərkəzi Asiya Regional Bürosunun Beynəlxalq Kənd İnkişafı mütəxəssisi Anetta Szilagyi təlim iştirakçılarını BMT-nin “Ailə Təsərrüfatı Onilliyi” Qlobal Fəaliyyət Planı (UNDFF 2019-2028) ilə tanış edib.

FAO AMAL Layihəsinin Beynəlxalq Texniki koordinatoru Dario Caccamisi isə fermer qruplarının yaradılması, fəaliyyəti və strategiyaları üzrə təqdimat keçirib.

Təlimdə ailə-fermer təsərrüfatını dəstəkləmək üçün mövcud şərtləri nəzərə alan Milli Fəaliyyət Planlarının hazırlanması barədə məlumat verilib. Eləcə də, gənc fermerlərin üzləşdiyi çətinliklərin həllində, onların aqrar sahədə məşğulluğunun dəstəklənməsi istiqamətində kollektiv fəaliyyətin - kooperativlərin, rəsmi və qeyri-rəsmi assosiasiyaların, birliklərin və istehsalçı təşkilatlarının rolu barədə iştirakçılar təlimatlandırılıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları

Oxşar xəbərlər