ADAU-nun uğurlarına “ləkə salmaq” istəyənlərə…

ADAU-nun uğurlarına “ləkə salmaq” istəyənlərə… Azərbaycan Dövlət Aqrar Universiteti hər zaman ölkəmizdə ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılıb. Sovet dönəmində Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, müstəqilliyin ilk illərində isə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlandırılan bu təhsil müəssisəsində oxumaq istəyənlərin sayı həmişə çox olub.

Şübhəsiz ki, hər bir təhsil ocağının uğur qazanmasında oraya rəhbərlik edən şəxsin savadı, bacarığı, təşkilatçılıq qabiliyyəti, mənəvi saflığı önəmli rol oynayır. Bu baxımdan ADAU da şanslı ali məktəblərdən sayıla bilər. Çünki hazırda ADAU-ya dəyərli, ziyalı, nüfuzlu alim, səmimi insan kimi tanınan İbrahim Cəfərov rəhbərlik edir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov bu gün hansı məsuliyyəti daşıdığını yaxşı bilir və ilk növbədə ölkə prezidenti İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışır.

İndiyə qədərki inkişaf tempini bir mərhələ də irəli aparmağı qarşısına məqsəd qoyan rektor Aqrar Universitetdə şəffaflığın təmin edilməsi, sağlam mühitin yaradılması, təhsilin inkişaf meyllərinin düzgün qavranılması üçün mütərəqqi addımlar atır.

Bir daha media nümayəndələrinə üz tutaraq deyirik ki, gəlin ağa qara deməyək, haqqı nahaqqa qurban verməyək, alimə, ziyalıya qiymət verməyi bacaraq, çağırışlarına hörmətlə yanaşaq.


ADAU-nun uğurlarına “ləkə salmaq” istəyənlərə…

Oxşar xəbərlər