Türkiyəli nazir Azərbaycana gəlir

Türkiyəli nazir Azərbaycana gəlir Sabah "Bakı Ekspo Mərkəzi"ndə işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - "Caspian Agro 2021" ilə əlaqədar Türkiyədən 35 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək. Onların arasında qonşu ölkənin kənd təsərrüfatı nazirinin müavini də var.

"Bu barədə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.

Məlumata görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə danışıqlar aparılacaq, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı ilə kənd təsərrüfatı məhsullarının istehsalı müzakirə ediləcək.

Azərbaycan Türkiyənin aqrar sahədə innovativ həllərlə bağlı təcrübəsindən yararlanmaq istəyir. Türkiyə ilə ortaq müəssisələr çox olsa da, yeni birgə müəssisələrin yaradılması ilə bağlı danışıqlar aparılır.

Oxşar xəbərlər