Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqif məqbərəsinin düz 39 il bundan əvvəl – 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətinin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir”.
2021-ci il yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev cəmiyyətə Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Füzulidə beynəlxalq təyyarə limanının tikilməsi, Azərbaycan dilinin qorunması, UNESCO ilə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan mədəniyyətinin inkişafı, bu il Şuşada “Xarı Bülbül” festivalının və “Vaqif Poeziya Günləri”nin keçirilməsi və digər məsələlər barədə önəmli mesajlar verdi.
Mən bu tədbirlərin biri - “Vaqif Poeziya Günləri” barədə fikirlərimi poeziya həvəskarları ilə bölüşməklə, eyni zamanda Prezidentimizə təşəkkürlərimi bildirmək istədim. Məlum olduğu kimi müasir Azərbaycanın memarı və qurucusu Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda rəhbər vəzifədə olduğu hər iki dönəmdə mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə, musiqimizə bir sözlə milli-mənəvi dəyərlərimizə xüsusi önəm vermiş, bu sahələri öz fəaliyyətini prioritet istiqamətlərindən biri hesab etmiş, Azərbaycan ədəbiyyatının klassiklərinə yüksək dəyər verərək onların adının əbədiləşdirməsi üçün müstəsna xidmətlər göstərmişdir. Ümumilli liderin bu sahədə göstərdiyi yadda qalan hadisələrdən biri də böyük Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqiflə bağlıdır.Vaqif yaradıcılığına böyük qiymət verən Ulu Öndərimizin bilavasitə təşəbbüsü və iştirakı ilə 1982-ci il yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada onun məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin və Şuşa Poeziya Evinin açılış mərasimi keçirilmiş, həmçinin Poeziya Evində keçirilən “Vaqif Poeziya Günləri”ndə Ulu Öndər şəxsən iştirak etmişdir. Elə həmin ildən Ümumilli liderimiz Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş vermişdir. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşan Vaqif poeziya günləri 1992-ci il Şuşanın erməni quldurları tərəfindən işğalına qədər davam etmişdir.
1992-ci ildə erməni caniləri Şuşada 600-ə qədər milli-mənədi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv etmiş, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar...
Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq...”
...Və budur Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, Şuşanın işğaldan azad edilməsi günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də səhər-səhər Fəxri xiyabanda Ümumilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edir, sonra Şəhidlər Xiyabanına gəlir, qəhrəman şəhidlərimizin məzarını ziyarət edir,onların xatirəsinə ucaldılmış abidənin önünə çələng qoyur və elə oradan da bütün dünyada yaşayan həmvətənlərimizə müjdə verir:
“Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm... Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”...
Artıq 17 ildir ki, cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin başladığı, lakin yarımçıq qalmış işləri mərdliklə, qətiyyətlə, uğurla və sədaqətlə (o cümlədən Molla Pənah Vaqiflə bağlı) başa çatdırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən, ədəbi məkəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir...
Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edərkən bildirmişdir ki, Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur.
"Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır" - deyə, İlham Əliyev bildirib.
Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir” deyərək, 2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayanda da, TÜRKSOY-un qərarı ilə 2017-ci il “Vaqif ili” elan ediləndə də, indi bu ildən başlayaraq, hər il Şuşada Vaqif Poeziya Günləri”nin keçirilnməsi barədə göstəriş verəndə də O, bu işlərin Ümumilli liderimiz Heydər Əliyev tərəfindən 1982-ci ildə başlanğını və o işlərin davamı və bərpası olduğunu nümayuiş etdirir.
Bu məsələ də Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində mühüm hadisədir və cənab İlham Əliyevin adı ilə mədəniyyət tariximizə həkk olundu.
Sevinc Məmmədova
Bakıxanov qəsəbəsi, 74 nömrəli məktəbin İnformatika müəllimi