Şuşa ölkəmizin həm iqtisadi, həm mədəni, həm də tarixən siyasi mərkəzi olmuşdur. Neçə-neçə mədəni xadimlərin beşiyi olan Şuşa Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin də məskəni olmuşdur. Hələ ötən əsrin 70-ci illərində Azərbaycan SSR rəhbəri Heydər Əliyevin qərarı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yaradılması qərara alındı və 1980-1981-ci illərdə məqbərənin açılışı təmtəraqlı formada həyata keçirildi. Bu məqbərə Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi yerdə yerləşir. Şairin türbəsinin inşası məsələsi həll edilərkən,ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra məqbərə ciddi zərər görmüşdür. Sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə belə bir məqbərənin açılması Azərbaycan tarixi üçün böyük bir addım hesab olunur. Çünki şair həm tarixi, həm də ədəbi şəxsiyyət idi. 2021-ci ilin 30 avqustunda Şuşa Vaqif poeziya günləri təşkil olunub. Tədbir iki gün davam etmiş və tədbirin açılışında İlham Əliyev və Mehriban Əliyeva da iştirak ediblər. Bu ənənə 1982-ci ildən 1992-ci ilə- yəni Şuşanın ermənilər tərəfindən işğalına qədər hər il yerinə yetirilmişdir. 2021-ci il 30 avqust tarixində keçirilən tədbirin açılışında dövlət başçısı da çıxış etmiş,sonra isə İlham Əliyev və Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir" və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq şairi Nəriman Həsənzadə Azərbaycan Yazıçılar Birliyinin katibi,
şair-yazıçı İlqar Fəhmi və digərləri çıxış ediblər. Çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub. Sonra gənc musiqiçilər “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Bu möhtəşəm tədbir bir Azərbaycan vətəndaşı olaraq məni fərəhləndirdi, sevinc gözyaşlarına qərq etdi. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
Həsrətli Lalə
E.Ağayev adına 198 nömrəli tam orta məktəbin tarix müəllimi
şair-yazıçı İlqar Fəhmi və digərləri çıxış ediblər. Çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub. Sonra gənc musiqiçilər “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Bu möhtəşəm tədbir bir Azərbaycan vətəndaşı olaraq məni fərəhləndirdi, sevinc gözyaşlarına qərq etdi. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
Həsrətli Lalə
E.Ağayev adına 198 nömrəli tam orta məktəbin tarix müəllimi