İnsan ruhunun qidası şeirdir, sənətdir.Biz sevincimizi də, kədərimizi də şeirlə, musiqi ilə ifadə edirik. O sözlər, o səslər ruhun ifadəsidir. O səsləri, o sözləri düzüb-qoşan sənətkat isə illər, əsrlər keçsə xalqın ürəyində, hafizəsində yaşayıb.
1982-ci ilin yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və poeziya evinin təntənəli açılışı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Milli mədəniyyətinə, ədəbiyyatına verdiyi qiymətin təzahürü idi. 1991-ci ilədək müntəzəm olaraq keçirilən Vaqif Poeziya Günləri ədəbiyyat və incəsənət nümayəndələrini bir araya gətirməklə mədəniyyətin inkişafına güclü bir təkan verirdi.
Lakin otuz ilə yaxındır ki, Vaqifin gözü yolda idi. Otuz il idi ki, Cıdır düzü saz-söz ustalarını qarşılamağa hazırdı, lakin gələn-gedən yox idi.
Cıdır al-yaşıl geyinir,
Vaqifin ruhu sevinir,
Yenə toy-büsat görünür,
Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, həqiqətən, təqdirəlayiqdir. Dahi sənətkarlar yetirən Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisi, mədəniyyət beşidir. “Xarıbülbül” musiqi festifalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi müstəqil Azərbaycanda mədəni həyatın qələbəsidir.
Şuşa yalnız işğaldan azad olunmuş torpaq deyil. Şuşa azad olunmuş ruhdur, azad olunmuş mənəviyyatdır, mədəniyyətdir.Şuşaya tam mənada zəngin həyat qaytarmaq üçün təkcə infrastrukturu bərpa etmək kifayət deyil. Sözümüzü, sazımızı, mədəniyyətimizi, incəsənətimizi də bərpa etməliyik. Göründüyü kimi bunun üçün zəruri addımlar atılır.
Tezliklə bütün dünya Şuşa kimi bir incinin parıltısına heyran qalacaq. Çünki bu inci əsl sahibinin əlindədir. Xalqımız öz mədəni irsini, öz sənətkarlarını bir an da olsun unutmamışdır. Molla Pənah Vaqifin adı UNESCO-nun 2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar tarixlərin yubileyləri proqramına daxil edilmişdir.
Həmçinin 2017-ci il Beynəlaxlq Türk Mədəniyyəti Təşkilatı-TURKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elanedilrək bu çərçivədə tədbirlər keçirilmişdir.
Bütün bunlar Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustadının yaradıcılığına verilən yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah
Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli sərəncamına əsaən ölkəmizdə şairin xatirəsinə həsr edilmiş mədəni-elmi tədbirlər keçirilib.
Cabbarova Sədaqət
213 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi