“Şuşa təkcə şuşalılar üçün yox, bütün, azərbaycanlılar üçün, Vətənini milllətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır,əziz bir qaladır, əziz bir abidədir”
Ümummilli lider Heydər Əliyev.
Tarixə nəzər salsaq qeyd etmək lazımdır ki, Şuşa şəhəri zəngin tarixi keçmişə malikdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanın ən qədim insan düşərgələrindən biri olduğunu sübut edi.
Şuşa qalası Pənahəli xanın göstərişi ilə 1756-1757-ci illərdə inşa etdirilmişdi. Şəhər Pənahəli xanın şərəfinə əvvəl “Pənahabad”, sonradan Şuşa adlandırılmışdı. XVIII əsrin ikinci yarısinda Azərbaycanın tarixi, ədəni, strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipək parçası, çini qabları ilə böyük şöhrət qazanmışdı.
Şuşa Azərbaycanın qədim tarixə malik şəhər həyatının nadir və təkrarsız incilərindən biridir.
Sovet dövründə Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmişdir. Ümummilli lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin təşəbbüsü ilə 1980-81-ci illərdə Şuşada Molla Pənah Vaqifin qəbri üzərində böyük məqbərə ucaldılmış, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri açılmış, Natəvanın heykəli qoyulmuşdu. Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi.
Xarı bülbülün vətəni olan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən tarix boyu yağıların göz dikdiyi məkana çevrilib. 1992-ci ilin mayın 8-də Şuşa ermənilər tərəfindən işğal olunub. Erməni vandalları tərəfindən 600-ə yaxın memarlıq abidəsi, məktəblər, müzeylər, fondlar qarət edilib,nadir sənət inciləri talanıb məhv edilmişdir.
Ümummilli lider Heydər Əliyaev Şuşanın Azərbaycan üçün əhəmiyyətini yüksək qiymətləndirmiş, bildirmişdir ki, “Şuşasız Qarbağ, Qarabağsız isə Azərbaycan yoxdur.”
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Preziden İlham Əliyevdə Vətən savaşı zamanı müsahibələrinin birində “ Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq səlnaməsi yazaraq,özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzəridə tarixi zəfər çaldı.
Xalqımızın tarixində, mədəniyyətində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günü—8 Noyabrın Azərbaycanda Zəfər günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı.
2021-ci il yanvarın 5-də Prezident İlham Əliyev Şuşa ilə bağlı növbəti qərarını açıqladı, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Ölkə rəhbəri bu qərarı ilə Şuşaya xüsusi önəm vediyini bir daha nümayiş etdirdi. Çıxışı zamanı demişdir: “ Şuşa şəhəri buna layiqdir. Hesab
edirəm ki, nəinki Azərbaycanın, bölgənin paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. “Bununla yanaşı dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir.
Prezident İlham Əliyev azadlığa qovuşan 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır.
Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarə etməsinə böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərə ilk xüsusi nümayəndəsini məhz Şuşa şəhərinə təyin etmişdir.
Şuşanın bərpası, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq. Bu həmdə milli qürurumuzun ,mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tarixmizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır.
Dövlət rəhbəri bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Dünya Azərbaycan mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm dəyişəcəyini görəcək!
Ramana qəsəbəsi, 90 saylı tam orta məktəbin tarix müəllimi Aynurə Bayramov