“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,
Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,
əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”
Ümummilli lider Heydər Əliyev
Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,
əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”
Ümummilli lider Heydər Əliyev
Hər ilin 8 may günü - Şuşamızın işğalı günü qəlbimizə bir kədər dolurdu. Amma 2021-ci il 8 may artıq hərilki kədər yox idi, onun əvəzinə hər birimizin qəlbində qürur hissi var idi. Axır ki, işğal edilmiş torpaqlarımız azad idi, həmin torpaqlarda şəhid olmuş həmvətənlərimizin ruhu şad idi. Bu qələbənin bir gün olacağına hər birimiz inanırdıq və bu inancımızı reallaşdırdıqları üçün igid oğullarımıza borcluyuq. Aşağıdakı misralarda deyildiyi kimi bizim igid oğullar əsgər andını içib düşmən qarşısında dayandılar, Qarabağımızdan mənfur düşmənlərimizi qovdular.
Çəkil yağı düşmən, Qarabağımdan
Şuşa qalasından, uca dağımdan.
Çəkil qabağımdan, keç qabağımdan,
Mən əsgər andını içib gəlmişəm. (Etibar Vəliyev)
Qarabağın hər bir qarışı bizim üçün bir sərvətdir. Şuşa da bizim üçün ən böyük xəzinələrindən biridir. Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dediyi bu cümlələri yadıma düşdü: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Həqiqətən də, Şuşasız Azərbaycan yox idi, hər zaman bir parçamızın olmadığını hiss edirdik. Şuşa XVIII əsrdən bəri bizim üçün müdafiə qalası olub, Şuşa bizim üçün mədəniyyətin beşiyi olub. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları – şairlər, yazıçılar və xüsusən musiqiçilərin evi olmuşdur. Məhz bunlara görə də 2021-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalandı.
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyev
Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin dil ədəbiyyat müəllimi Çinarə Tağıyeva