Prezident İlham Əliyev "CNN Türk" kanalına verdiyi müsahibəsində Azərbaycan dövlətinin Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərdə bütün prosesləri diqqətlə izlədiyini açıq şəkildə bildirdi. Bu, Ermənistana, onun mütəffiqlərinə həmçinin Qarabağda hansısa status barədə danışanlara ciddi mesajdır.
Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan Vətən müharibəsindən sonra da ordusunu gücləndirir, ən müasir silah və texnologiyaların ölkəyə tədarükü prosesi davam etdirir. Ölkə başçısı açıq şəkildə bəyan etdi ki, sülhməramlıların nəzarətində olan ərazilərdəki proseslər Bakı tərəfindən izlənilir. Yəni, sülhməramlılar funksiya və mandatından kənara çıxıb missiyasına zidd addımlar atırsa, Bakı bu məsələdən xəbərdardır və lazımı tədbirlər görüləcək.
Prezident İlham Əliyev Xankəndi və ərtafında yaşayan 25 min erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəyə inteqrasiya olunmasının vacibliyindən danışıb. Bu bir daha göstərir ki, həmin torpaqlar Azərbaycan torpaqlarıdır və məskunlaşan insanlar da Azərbaycan vətəndaşlarıdır. Onlar ölkənin siyasi-iqtisadi-sosial-mədəni həyatına inteqrasiya olunacaqlar. Ermənistan isə Azərbaycanın növbəti jestlərini və özünün dalandan çıxması üçün iqtisadi təşəbbüslərini dəstəkləmək məcburiyyətindədir.
Reyhan Məmmədova, 68 saylı tam orta məktəbin ibtidai sinif müəllimi