Ermənistan odla oynayır. Təcavüzkar ölkənin yeni rəhbərliyi danışıqlardan imtina edir və Azərbaycanı yeni müharibəyə sürükləyir. Ölkəmiz və qüdrətli ordumuz istənilən ssenariyə hazırlıqlıdır.
"Ölkə.Az" ATV-yə istinadla xəbər verir ki, dünən ölkə başçısı yerli televiziya kanallarına verdiyi müsahibədə kəşfiyyat məlumatlarına əsasən ermənilərin yeni planlarına ifşa etdi.
Ali Baş Komandan növbəti dəfə Ermənistana xəbərdarlıq etdi. Əgər bu planlarından əl çəkməsələr, onlar üçün nəticə çox ağır olacaq.
"Ermənistan aqressiv dövlətdir və işğalçı dövlət yeni müharibəyə hazırlaşır". Bu sözləri prezident İlham Əliyev Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli telekanallarına müsahibəsində qeyd etdi.
Ölkə başçısı bildirdi ki, Ermənistanın yeni böyük müharibəyə hazırlaşması ilə bağlı bizdə operativ məlumat var. Amma buna baxmayaraq, düşmənin bütün hərəkətləri izlənilir və Tovuz hadisələrində olduğu kimi bütün başqa istiqamətlərdə də Azərbaycan özünü müdafiə edəcək.
Ölkə başçısının bu fikirləri ilə bağlı məsələyə münasibət bildirən hərbi ekspert Abuzər Əbilov deyir ki, heç bir halda Ermənistan Azərbaycanla hədə dili ilə danışa bilməz. Bu hədənin qarşısını hər zaman olduğu kimi Azərbaycan ordusu qətiyyətlə alacaq.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev isə bildirir ki, Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir. Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində münaqişə ilə bağlı bütün suallara cavabların olduğunu deyən Tural Gəncəliyev Ermənistanın yeni hücum planları üzərində işlədiyini, yeni ərazilər tutmağı hədəflədiyini bildirdi.
Bütün bu planlardan Azərbaycanın xəbərdar olduğunu, təxribata əl atacağı təqdirdə cəzalandırılacağını bildirən dövlət başçısı bir daha açıq-aydın mesaj verdi: "Bəli, artıq seçim Ermənistanın öz əlindədir. Ya sülh yoluyla torpaqlar geri qaytarılacaq, ya da təcavüzkarın gələcək aqibəti ilə hər kəs barışmalı olacaq".