Ermənistan 44 günlük müharibədən ciddi nəticə çıxarmalıdır

Ermənistan 44 günlük müharibədən ciddi nəticə çıxarmalıdır Cənab Prezident CNN TÜRK kanalına verdiyi müsahibəsində növbəti dəfə Ermənistana çox ciddi mesajlar verdi. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxartmalıdır və təxribatlara son qoymalıdır. Azərbaycanın mövqeyi məlumdur. Əgər, Ermənistan sülhə hazırdırsa, Azərbaycan da sülh müqaviləsini imzalamağa hazırdır. Əgər, Ermənistan müharibə istəyirsə, Azərbaycan da müharibəyə hazırdır. Ermənistan öz mövqeyini konkret və qəti şəkildə bildirməlidir. Qarabağda yenidən silahlanmaya, oraya silahların gətirilməsinə son qoyulmalıdır. Əgər Ermənistan bunu etməsə, Azərbaycan Ermənistanı çox ciddi şəkildə növbəti dəfə cəzalandıracaq.

Cənab Prezident vurğuladı ki, sülhməramlıların missiyası konkret olaraq bölgədə sülhün təmin olunmasına töhfə verməkdir. Onların gözləri qarşısında Ermənistan tərəfinə silahların ötürülməsi, qeyri-qanuni silahlı qüvvələrin yenidən silahlandırılması yolverilməzdir. Bu üçtərəfli razılaşma Rusiya tərəfinin vasitəçiliyi ilə imzalanıb. Bu gün də Rusiya tərəfinin vəzifələrindən biri də ondan ibarətdir ki, bu prosesi yekunlaşdırsın. Əgər, yenidən bu təxribatlar davam etsə, Azərbaycan öz mövqeyini bildirəcək.

10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan bəyannamədə qeyd olunan Zəngəzur dəhlizi məsələsi ilə bağlı ölkə başçısı Aİ-nın nə qədər maraqlı olduğunu xüsusilə qeyd etdi. Cənab Prezident həmçinin Rusiya və Azərbaycan əlaqələrinə toxundu. Burada bir mesaj xüsusilə mənim diqqətimi çəkdi. Orda dedi ki, Rusiya ilə Azərbaycan qonşu, amma Rusiya ilə Ermənistan strateji müttəfiqdir. Bu olduqca önəmli faktor idi. Azərbaycan ilə Türkiyənin stratejik müttəfiq olduğunu cənab Prezident açıqladı. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından necə Azərbaycana dəstək verməsini, ümumiyyətlə Cənab Prezidentin Türkiyənin siyasi, mənəvi dəstəyini vurğulaması olduqca önəmli faktordur.

Mən hesab edirəm ki, ölkə başçısının 57 dəqiqəlik çıxışı olduqca maraqlı idi və burada təhlil olunası məsələlər çoxdur. Ölkə başçısının rus sülhməramlılarına, dolayısı ilə Rusiyaya mesaj ötürməsi, sülhməramlıların Qarabağ ərazisində atdığı neqativ addımlardan narahatlıq hissi keçirdiyimizi bildirməsi əslində Rusiyaya mesaj idi. Digər bir narahatlıqdan - Ermənistanın mina xəritələrini verməməsi, verilən xəritələrin isə 25 faizə qədər doğru olmasından Cənab Prezidentin bəhs etməsi diqqətçəkən məqam idi.

Abışova Məleykə, 213 saylı tam orta məktəbin direktor müavini

Oxşar xəbərlər