Azərbaycan təxirə salmadan Qarabağda separatçıların qalan tör-töküntüsünü, terrorçu, quldur və hərbi cinayətkar dəstələri təmizləmək üçün antiterror əməliyyatına başlamalıdır.
Bunu “Ölkə.Az”a açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov Ağdamda Azərbaycan əsgərinin erməni separatçılar tərəfindən yaralaması ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, azərbaycanlı hərbçinin Ağdamda yaralanması bir daha sülhməramlıların öz missiyasını yerinə yetirmədiyini göstərdi.
“Məhz həmin “sülhməramlıların” fəaliyyəti nəticəsində Qarabağda qalan separatçılara verdiyi hərtərəfli dəstək nəticəsində bu hadisə baş verib. Bu gün “sülhməramlıların” Qarabağda qalan separatçılaırn tör-töküntüsünə ərzaq, silah-sursat və yardımlar edib, onları himayə edirlər. Bununla da onların yenidən dirçəlməsinə şərait yaradırlar”, - deputat qeyd edib.
Deputat hesab edir ki, Azərbaycan təcili olaraq sülhməramlı missiyanı həyata keçirən ölkənin qarşısında məsələni qaldırmalı və ondan təxirəsalınmadan Qarabağda qalan separatçı, terrorçu, quldur və Ermənistana aid bütün hərbi cinayətkarları ölkə ərazisindən təmizlənməsi məsələsini qaldırsın: “Çünki üçtərəfli imzalanan bəyanatın tələbinə uyğun olaraq bunu sülhməramlı missiyanı həyata keçirən ölkə etməlidir. Əgər sülhmərmalı missiyanı icra edən ölkə bu missiyasını həyata keçirmək istəmirsə, o zaman Azərbaycan beynəlxalq qanunvericiliyin, BMT-nin Nizamnaməsinə uyğun olaraq öz ərazisində hərbi cinayətkarları, terrorçu və quldur dəstəsinə qarşı antiterror əməliyyatının başlamasını bəyan etməlidir. Ya bu işi sülhməramlı missiyanı həyata keçirən ölkə təxirəsalamdan həyata keçirməlidir. Etmirsə, Azərbaycan bunu etməyə qadirdir. Həmin separatçıların tör-töküntüsünün, quldur, terrorçu dəstənin Azərbaycan ərazisindən təmizlənməsi prosesinin gecikməsi, onların yenidən özünə gəlib dirçəlməsinə imkan yaradır. Odur ki, məsələ həll olunmalıdır. Ağdamda baş verən olay da bunun bariz nümunəsidir”.