Millimizin oyunlarına qonaq azarkeşlər buraxılmayacaq

Millimizin oyunlarına qonaq azarkeşlər buraxılmayacaq Azərbaycan millisinin futbol üzrə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara qonaq azarkəşlər buraxılmayacaq.

“Bu haqda qərarı UEFA və FİFA verib. Məlumata əsasən, bu qərar sentyabr ayında keçiriləcək bütün oyunlara aiddir və oyunlara qonaq komandalarının azarkeşləri buraxılmayacaq.

Bildirilir ki, buna səbəb Avropada koronavirus infeksiyasının yayılmasında artım müşahidə edilməsidir.

Bununla yanaşı, oktyabr və noyabr aylarında keçiriləcək oyunlar ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, 2022-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin A qrupunda yer alan milli komandamız sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya ilə qarşılaşacaq. Komandamız sentyabrın 7-də isə Portuqaliyanı qəbul edəcək.

Oxşar xəbərlər