Azad İqtisadi zonanın yaradlması ideyası artıq beynəlxalq praktikada özünü doğrultmuş ekonomik priyomlardan biri olmaqla həm də iqtisadiyyatın inkişafına tam yeni bir yanaşmadır

Azad İqtisadi zonanın yaradlması ideyası artıq beynəlxalq praktikada özünü doğrultmuş ekonomik priyomlardan biri olmaqla həm də iqtisadiyyatın inkişafına tam yeni bir yanaşmadır Son onilliklərdə ölkəmizin dinamik iqtisadi inkişafı bir-birindən uğurlu layihələrin icrasını mümkün etmişdir. İstər regional, istərsə də beynəlxalq miqyasda daha qlobal məzmuna malik layihələrə imza atmışıq.

Azad İqtisadi zonanın yaradılması ideyası isə artıq beynəlxalq praktikada özünü doğrultmuş ekonomik priyomlardan biri olmaqla həm də iqtisadiyyatın inkişafına tam yeni bir yanaşmadır.

Ümumiyyətlə, azad iqtisadi zona termini leksikonumuza ötən əsrin 70-ci illərindən daxil olmuşdur. Yaponiyanın böyük sənaye şəhəri Kiotoda keçirilən İqtisadi forumun qəbul etdiyi konvensiyada azad iqtisadi zona (AİZ) anlayışına aydınlıq gətirilmişdir. Azad iqtisadi zona elə bir ərazidir ki, burada dövriyyəyə daxil edilmiş məhsullar ölkənin gömrük nəzarətinə götürülmür,vergiyə cəlb olunmurlar. Qeyd etmək vacibdir ki, AİZ dedikdə təkcə müəyyən coğrafi ərazi başa düşülməməlidir. AİZ bit layihə kimi iqtisadiyyatın hər hansı bir sahəsinə,şirkətə və s. aid edilə bilər.

Bu günlərdə təməlqoyma mərasimi keçirilən Ələt Azad İqtisadi zonası isə konkret regionla bağlıdır. Təməlqoyma mərasimində iştirak edən möhtərəm prezident İlham Əliyev cənabları Azərbaycan televiziyasına verdiyi müsahibəsində ideyanın yaranması, məqsədləri, qarşıda duran vəzifələr ,strateji hədəflər barəsində müfəssəl məlumatlar vermişdir.

Belə ki, müxbirin ideyanın yaranması haqqında ilk sualını cavablayan Prezident çox haqlı olaraq demişdi ki, bu ideyanın yaranmasının kökündə bizim siyasətimiz dayanır. Azərbaycan hökuməti daima qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlayıb. Möhtərəm Prezidentin qeyd etdiyi kimi, bizdə daxili bazarda qeyri-neft məhsulları üstün olsa da, ixracyönümlü məhsullar baxımından bu məhsulların çəkisi xeyli azdır. Ona görə də bu zonanın yaradılması təkcə ixracyönümlü iqtisadiyyatın deyil, həm də qeyri-neft bölməsinin ixrac qabiliyyətinin artırılmasını hədəfləyir.

Ələt Azad İqtisadi zonasının yaradılması hər şeydən öncə bölgənin sosial-iqtisadi inkişafını sürətləndirəcək, minlərlə iş yerinin açılması mümkün olacaq, regiona əcnəbi investorlar cəlb ediləcək, ticarət dövriyyəsi sürətlənəcək, milli iqtisadiyyatımızın dünya ekonomisinə inteqrasiyası güclənəcək və s.

Artıq məlum olduğu kimi, burada irimiqyaslı layihə üçün 850 hektar ərazi ayrılmış və bunun 60 hektarında artıq layihələndirmənin həyata keçirilməsinə başlanılmışdır. Cənab Prezidentin ötən il mayın 22-də 1032 saylı Sərəncamından irəli gələn vəzifələr burada ardıcıl olaraq uğurla yerinə yetirilir. Ələt qəsəbəsində yerləşən müasir strukturlu Bakı Beynəlxalq Dəniz Ticarət limanı da Ələt Azad İqtisadi zonasının ərazisinə daxil edilmişdir.

Milli televiziya əməkdaşının layihə üçün nəyə görə Ələtin seçilməsi sualını müdrik siyasətçi belə şərh edir ki, bu bölgədə kənd təsərrüfatı təyinatlığından çıxmış geniş torpaq sahələri var ki, burada da sənaye müəssissələri inşa etmək mümkündür. Digər tərəfdən

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üşərində yerləşməsi Ələt Azad İqtisadi zonasının əhəmiyyətini artırır. Digər tərəfdən Səngəçalda 300 meqavat güclük elektrik stansiyası fəaliyyət göstərir ki, bu da enerji təminatımız deməkdir.

Ölkəmizdə çox əlverişli sərmayə iqlimi mövcuddur. Belə ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə içərisində 28 yeri tutmuşdur. Cənab İ.Əliyevin dediyi kimi, ölkəmiz dinc və sülhsevər olmaqla sərbəst bazar iqtisadiyyatı üçün əlverişli məkan olmuşdur.

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin tarix müəllimi

Elxan İsmayılov


Oxşar xəbərlər