Dünyada cərəyan edən iqtisadi böhranlara, qlobal siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” və inkişaf ünvanı kimi qalmaqdadır
Respublikamız qısa müddət ərzində siyasi, sosial-iqtisadi və digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə, o cümlədən yerləşdiyi məkanın siyasi və iqtisadi imkanlarından səmərəli formada yararlanmaqla Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib.
Azərbaycanın idarəçilik və inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub.
Bütün bunlar və ən əsası, Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdir.
Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür və ilk növbədə ölkəmizə valyuta daxilolmalarının azalmasında özünü göstərir.
Lakin belə bir şəraitdə Azərbaycanda iqtisadi sahədə əvvəlki dövrlərdə olduğu kimi artım var. Məlum olduğu kimi, neftin qiymətinin aşağı düşməsi bu sahədən ölkəmizə daxil olan gəlirləri azaldıb.
Ulus.Az-ın İqtisadiyyat Şöbəsi məlumat yayıb ki, hakimiyyət iqtisadi islahatları gücləndirir və yeni idarəçilik modeli effekt verməkdədir.
Reallıq da təsdiq edir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın inkişafına təsir göstərə bilməz. Cənab Prezdentin müşavirədəki çıxışından göründüyü kimi, dünyada müxtəlif proseslər gedir.
Bunlardan biri beynəlxalq maliyyə və iqtisadi böhran, xam neftin qiymətinin aşağı düşməsinin yaratdığı çətinliklərdir.
Neftin qiymətində baş verən dəyişikliklər bəzi ölkələrdə yeni iqtisadi böhranın baş qaldırmasına, kəskin maliyyə çatışmazlığına, sosial və investisiya proqramlarının ixtisar olunmasına gətirib çıxarıb.
Ona görə bu kimi böhranlar həmin ölkələrdə həm ümumi inkişafı ləngidir, həm də insanların sosial durumuna mənfi təsir göstərir.
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya şəratində inkişaf etdiyindən qlobal iqtisadi böhranın ölkəmizə təsiri qaçılmaz idi.
Lakin vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, düzgün iqtisadi siyasətin yeridilməsi Azərbaycanın iqtisadi böhranlardan uğurla çıxmasını şərtləndirən əsas səbəblərdir.
Bu gün Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını təmin etmək, xüsusən yeni istehsal sahələrinin fəaliyyətini stimullaşdırmaqdır.
Məlum olduğu kimi, bunun üçün artıq neçə illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrı-ayrı iş adamlarına güzəştli kreditlər ayrılır.
Təkcə bu il sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 3 minə yaxın sahibkara güzəştli kreditlər verilib.
Bu da bəzi məmurları narahat etməyə bilməz. Çünki bir məmur orudusu var ki, rüşvətə, yeyintiyə öyrəşmişdi. İndi o da yoxdur və təvşiş içindədirlər.