Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə olduğu kimi ordu quruculuğu sahəsindədə uğurlu siyasət davam etməkdədir. Ali Baş komandanın ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar və quruculuq işləri nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü ordusu sırasında 52-ci yerdə qərarlaşıb.
2018-ci il aprelin 11-də prezident seçilən cənab İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işləri “Ölkə.Az”a şərh edən millət vəkili Aydın Hüseynov bildirib ki, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi, iqtisadi, sosial, ordu sahəsindəki islahatlar, 2003-cü ildə İlham Əliyev prezident seçildikdən sonra yeni mərhələyə qədəm qoyub.
“Həyata keçirilən işlər və islahatlar nəticəsində Azərbaycan güclü iqtisadi nailiyyətlərə imza atmaqla güclü ordu yaradıb. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasında 52-ci yerdədir. Ordumuzun gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd də aydındır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ordumuzun qüdrətini artırmalıyq. Bu məqsədlə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir”, - deyə deputat bildirib.
O, əlavə edib ki, büdcədən ayrılan vəsaitlər hesabına Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir.
Deputat bildirib ki, Ordumuza bundan sonra da ən müasir hərbi texnika alınacaq və bu istiqamətdə yeni müqavilələr imzalanır:
“Əvvəlki illərdə imzalanmış müqavilələr əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi 2018-ci ildə keçirilən iki möhtəşəm hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Ancaq hərbi paradda nümayiş etdirilən, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək yerinə düşər. Hansı ki, qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Ali Baş komandanın dediyi kimi, bu gün düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək”.
Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusuna çevrildiyini qeyd edən deputat bildirib ki, 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb:
“Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah-sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahlarını xaricə ixrac edir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Son 10 ildə hərbi məhsullarımızın ixrac həcmi 2,7 dəfə artıb.
Son 4 ildə dörd hərbi zavodun açılması reallaşıb. 2017-ci ildə respublikanın güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi 2016-cı illə müqayisədə 7,3 faiz artıb.
Müdafiə sənayemizin davamlı olaraq böyüməsi ilə ölkəmiz xarici ölkələrin silah-sursat asılılığından azad olur. Bu, müharibə aparan ölkə üçün çox önəmli amildir. Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır”.
Deputat əlavə edib ki, hərbi texnikanın, sursatların istehsalı ilə bağlı Azərbaycanın yeni planları var və onlar da həyata keçirləcək:
“Bu fikri ölkə başçısı öz çıxışılarının birində səsləndirib. Prezident deyib ki, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib.
Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Ölkə başçısının da dediyi kimi, ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. O günə çox az qalıb və biz tezliklə Dağlıq Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq. Təbii ki, bunlar gəlişi gözəl sözlər deyildir, real gücə söykənən qəti fikirlərdir”.