Tarixi an: Altsheymer dərmanı ilk dəfə sınaqdan keçirildi, üç alim istefa verdi

Tarixi an: Altsheymer dərmanı ilk dəfə sınaqdan keçirildi, üç alim istefa verdi ABŞ-da müzakirələrə yol açan Altsheymer dərmanı kliniki sınaqlardan sonra ilk dəfə bir insan üzərində sınaqdan keçirilib.

“Xarici KİV xəbər verir ki, 70 yaşlı Mark Arşambalt dərmanın sınaqdan keçirildiyi ilk insan kimi tarixə düşüb.

Qurum rəsmiləri 70 yaşlı şəxsin dərmanı venadaxili yolla qəbul edəcəyini açıqlayıb.

ABŞ Qida və Dərman İdarəsinə (FDA) dərmanla bağlı tövsiyə verən 3 alim dərmanın təsdiqlənməsindən sonra istefa verib.

Dərmanın maya dəyərinin təxminən 60 min dollar olduğu deyilir.

Altsheymer Dərnəyi dərmanın qiymətinin çox yüksək olmasını “qəbuedilməz” adlandırıb.
Tibbi adı “Aducanumab” olan dərman bütün Altsheymer xəstələri üçün təsdiqlənsə də, yalnız xəstəliyi ilkin mərhələsində olan insanlar üzərində sınaqdan keçirilib.

Qeyd edək ki, rəsmi statiistikaya görə 2019-cu ildə ABŞ-da 120 mindən çox insan Altsheymer xəstəliyi səbəbindən vəfat edib. Ekspertlər bu rəqəmin 10 il əvvəllə müqayisədə 50 faiz artım olıduğunu diqqətə çatdırıb.

Oxşar xəbərlər