Çin koronavirusa qarşı DƏRMAN TAPDI

Çin koronavirusa qarşı DƏRMAN TAPDI Çində koronavirusa təsir edən dərman tapılıb.
HaberGlobal xəbər verir ki, Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin rəhbəri Zanq Xinmin preparatın adını açıqlayıb. O, “Favipiravir” adlanan bu dərmanın yeni növ koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirə bildiyi qeyd edib.

Onlar bu qənaətə 80 xəstənin üzərində apardıqları təcrübədən sonra gəliblər.

Bundan əlavə Z.Xinmin dərmanın yan təsirlərinin olmadığını da deyib.

Qeyd edək ki, “Favipiravir”in 2014-cü ildən Yaponiyada apteklərdə satıldığı qeyd edilib.

Oxşar xəbərlər