COVID-19 peyvəndi SINAQDAN KEÇİRİLDİ

COVID-19 peyvəndi SINAQDAN KEÇİRİLDİ ABŞ alimləri koronavirus vaksininin klinik sınaqlarına başlayıb. Bu barədə məlumatı AP nəşri yayıb.
Dərman 45 könüllü üzərində sınaqdan keçirilir. Peyvəndin ilk inyeksiyası texnologiya firmasının menecerinə vurulub.

"Hamımız özümüzü çarəsiz hiss edirik. Mənim üçün bu, virusla mübarizədə faydalı olmaq üçün inanılmaz bir fürsətdir”,- deyə o, bildirib.

Peyvəndin hazırlanmasının dəqiq vaxtı haqqında məlumat verilməyib.

Son məlumatlara görə, dünyada 167 mindən çox insan koronavirus infeksiyasına yoluxub.

Oxşar xəbərlər