Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...

Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik... Türkiyə ABŞ üçün həyati əhəmiyyət kəsb edən bir müttəfiqdir.

Bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak deyib.
Amerikalı səfir bildirib ki, Türkiyə ABŞ-ın vacib aktivlərinə ev sahibliyi edir, NATO missiyalarına töhfə verir və ortaq təhdidlərə qarşı mübarizə aparır.
Ankaranın Moskvadan aldığı S-400 raketlərində gəldikdə amerikalıə diplomat deyib ki, S-400-ün alınması və F-35 proqramından çıxarılması ilə bağlı yaranan sanksiyalar münasibətləri lazımsız şəkildə gərginləşdirir, Rusiya isə bu vəziyyətdən faydalanır.

"S-400 məsələsi Prezident Tramp və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı güclü şəxsi münasibətlərə əsaslanaraq, dövlət katibi Rubionun incə diplomatiyası vasitəsilə bir neçə ay ərzində həll edilə bilər və həll edilməlidir”,- səfir qeyd edib.
Səfir S-400 məsələsinin diplomatiya yolu ilə həll edilə biləcəyini vurğulayıb və əlavə edib ki, Türkiyənin F-35 proqramına qayıtması NATO-nun qarşılıqlı fəaliyyətini gücləndirəcək.

Oxşar xəbərlər