Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz titulunu qoruyub və 133 xalla yenidən Avropa çempionu olub.

Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.

Millinin heyətində medal qazanan güləşçilərimiz: Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (82 kq), Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasovdur (87 kq).

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.(report)

Oxşar xəbərlər