Şahbaz Şərif Trampa təşəkkür etdi: İkinci görüşdə "Sülh Sazişi" imzalana bilər

Şahbaz Şərif Trampa təşəkkür etdi: İkinci görüşdə Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa İranla əvvəlcədən razılaşdırılmış iki həftəlik atəşkəsin uzadılmasına görə təşəkkür edib.


Bu barədə Baş nazir Şahbaz Şərif sosial media hesabından paylaşım edib.

"Öz adımdan və Pakistan Ordu Qərargah rəisi Asim Munir adından Prezident Trampa diplomatik səylərin davam etdirilməsinə imkan vermək üçün İranla atəşkəsin uzadılması xahişimizi nəzakətlə qəbul etdiyinə görə səmimi qəlbdən təşəkkür edirəm",- Baş nazir yazıb.
Pakistanın ona göstərilən etimada uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirəcəyini vurğulayan Şərif daah sonra qeyd edib: “Səmimiyyətlə ümid edirəm ki, hər iki tərəf atəşkəsi qoruyacaq və İslamabadda münaqişəyə davamlı son qoymaq üçün planlaşdırılan danışıqların ikinci mərhələsində hərtərəfli "Sülh Sazişi" imzalana bilər".

Oxşar xəbərlər