Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan əlavə edib ki, Bəyannamənin Konstitusiyaya salınması Ermənistan-Azərbaycan münaqişənin yenidən başlaması deməkdir və bu da sülhü qeyri-mümkün edir. “Bu, həm də Qərbi Ermənistan, dənizdən dənizə Ermənistan haqqında müzakirəni qəbul etmək deməkdir.
Əgər bu gün yeni Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”, - deyə Paşinyan bildirib.
Bununla belə Paşinayan əlavə edib ki, hər şey erməni xalıqnın seçimindən asılıdır. “Biz açıq və səmimi şəkildə real Ermənistan ideyasına diqqət yetirməliyik. Bu, tarixi bir seçimdir. Yüz illər ərzində ilk dəfə olaraq, maraqlarımızı başqalarına həvalə etməmək imkanı əldə etdik ki, onlar öz məqsədləri üçün istismar etsinlər və bizi qurban versinlər. Bunun əvəzinə, öz məsələlərimizə diqqət yetirmək, razılaşmalara nail olmaq və bu razılaşmalara əsaslanmaq imkanı əldə etdik, çünki Qarabağ hərəkatının sonu həm də “Qərbi Azərbaycan” və “Şərqi Anadolu” haqqında müzakirələrin sonu deməkdir. Bu, təkcə Ermənistan üçün deyil, həm də region üçün hər kəs üçün tarixi bir fürsətdir”, - deyə Paşinyan bildirib.