
Erməni mətbuatı xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Birincisi, hərbi hissə komandirlərinə xırda xərclər üçün büdcə ayırdıq. İkincisi, kiminsə əsgərlərdən bir qəpik də görtürməsini qadağan etdik. Əsgərlərin aylıq ödənişlərini artırdıq. Külli miqdarda silah-sursat əldə etdik. Lakin 2018-ci və hətta 2019-cu ildə aydın oldu ki, xeyli zabit vəzifələri boş qalıb, həmin vəzifələri tutan olmayıb. Başa düşürsünüz - ştat olub, lakin xidmət etmək istəyən zabit olmayıb. Əgər əməkhaqların artım tempinə diqqət etsəniz, görərsiniz ki, əsasən taqım komandirləri səviyyəsində əməkhaqlar artırılıb. Nə üçün? Ona görə ki, xidmət etməyi cəlbedici edə bilək”, - deyə N.Paşinyan əlavə edib.
“Bu gün bizi nədə desən, günahlandırırlar. Təəssüf ki, Ermənistanda zabit içindəki qızılı əldə etmək üçün S-300 hava hücumundan müdafiə sisteminin üzərindən platanı çıxarıb, aparıb 30-40 min drama satır. Əgər Ermənistan Respublikasında belə bir vəziyyət varsa, əlbəttə ki, bunlar ittiham edilməli məsələlərdir”, - deyə Ermənistan baş naziri qeyd edib.