İlahi həqiqətlə yoğrulmuş müdrik bir deyim mövcuddur: “Vətən onu qoruyanındır”. Tarixin sərt sınaqlarından keçərək zərb-məsələ çevrilən bu sərrast ifadə şəhidliyi ən uca mərtəbə,ən qudsal duyğu hesab edən bir xalq üçün əbədi kredo dəyərindədir.
Azərbaycan xalqı ona görə böyükdür,ona görə məğlubedilməzdir ki,onun cəsur və dəyanətli oğulları Vətən üçün canından-qanından keçməyi şərəf bilir,bu yolda ən ağlasığmaz şücaəti adi bir borc,bəlkə bir vəzifə kimi qəbul edirlər.
Adı çağdaş tariximizə şanlı sətirlərlə yazılan Vətən müharibəsi bir daha sübut etdi bunu.Sübut etdi ki, bu gün Azərbaycan adlı bir məmləkətdə hər kəs bir müsəlləh əsgərdir.Hər kəsin bir amalı var; Vətən keçilməz...
Bəli, biz o günlərdə bir idik və bu gün də birik. Ona görə ki,bilirik...bilirik ki, dövlətimiz, müdrik və qayğıkeş rəhbərimiz daim yanımızdadır.
Ulu öndər Heydər Əliyevin belə bir dahiyanə kəlamı var ki,xalq dövlət üçün deyil,dövlət xalq üçün olmalıdır. Təsadüfi deyil ki,məhz ümummilli liderin təşəbbüsü və tükənməz enerjisinin bəhrəsi olan Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində dövlətin ali məqsədi olaraq vətəndaşların insan və vətəndaşlıq hüquqlarının qorunması ön plan çəkilir.
Dinamik inkişaf tempinə malik olan dövlətimizin sosial siyasəti,xüsusilə də şəhid ailələrinə,müharibə əlillərinə və onların ailələrinə,veteranlarımıza həssaslıqla yanaşması göz qabağındadır.
Elə bu günlərdə Ali Baş Komandanımız,möhtərəm prezident İ.Əliyev Bakının Ramana qəsəbəsində yeni salınmış yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərkən bildirmişdi ki,indiyə qədər 9200-ə qədər şəhid ailəsi və müharibə əlili dövlətimiz tərəfindən inşa olunmuş mənzillərin sahibi olmuşlar.Təkcə keçən il 1572 mənzilin açarı şəhid və qazi ailələrinə təqdim olunmuş,bu il isə daha 3000-ə yaxın mənzilin verilməsi nəzərdə tutulur.
Dövlət başçısı onu da vurgulamışdır ki, bu tədbir ilin sonunadək yekunlaşdıqda
Bakı, Abşeron və Sumqayıtda bütün şəhid və əlil ailələri mənzillərlə tam təmin olunacaqlar.Artıq tam əminliklə deyə bilərik ki,çox yaxın gələcəkdə bu sosial proqram bütün ölkə üzrə icra edilərək başa çatdırılacaqdır.
Təbii ki, dövlətin müharibə iştirakçısı olan vətəndaşlarına qayğısı təkcə mənzil bağışlanması ilə bitmir. Ötən illər ərzində bu istiqamətdə xeyli işlər görülmüş,o cümlədən 7200 nəfərə minik avtomobili hədiyyə olunmuşdur.
Müqayisə üçün deyək ki,düşmən ölkənin müharibədə həlak olan və sayı 7000-ə çatan vətəndaşlarına,onların ailələrinə heç bir yardım edilməmişdir.Və çox heyrət doğuran bir məqam da ondan ibarətdir ki,Ermənistan dövlətinin ümumiyyətlə belə bir sosial proqramı yoxdur.
Bunun tam əksi olaraq,son illərdə ölkəmizdə pensiya və müavinətlərin artırılması dövlətin vətəndaşlarına olan diqqət və qayğısının təzahürüdür.Şübhəsiz ki,sosial tədbirlər uğurla həyata keçirilir və bu sahə dövlətiimiz üçün prioritet olaraq qalır.Elə bu ilin yanvarında dövlət başçısının imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən yaxın 5 ildə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin ediləcəkdir.
Elə günümüzdə açılışı olan Ramana yaşayış kompleksi gələcək illər haqqında əminliklə söz deməyə imkan verən bir uğurlu hadisədir.Cənab prezidentin öz çıxışında qeyd etdiyi kimi,44 günlük müharibədən cəmi 3 ay yarım vaxt keçmişdir,lakin artıq belə bir möhtəşəm yaşayış kompleksi ərsəyə gəlmişdir.Kompleksə doqquzmərtəbəli 30 bina,1200 şagird yerlik məktəb binası,uşaq bağçası,klub-icma mərkəzi daxildir.Qisa müddət ərzində belə fövqəladə uğura çatmaq doğrudan da qəlbimizdə sonsuz fərəh hissi doğurur.
Cənab prezident şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə xalqın birliyi kimi mühüm faktora diqqəti cəlb edərək,bunun necə yarandığının tarixi aspektlərini ortaya qoymuşdu. Bəli,həqiqətən də möhtərəm Ali baş Komandan İlham Əliyevin Şuşada Cıdır düzündə xalqını,torpağını,Vətənini sevən mərd,igid oğulların necə yetşdirildiyini,onların şücaəti və bacarığı sayəsində
işğal altında olan torpaqlarımızın azad olunduğunu xatırlatmışdı.2003-cü ildə 42 yaşlı gənc lider İlham Əliyev ən yüksək və şərəfli dövlət postuna gələrkən bu gənclərin uşaq çağları idi. Bəli,17 il ərzində uşaq dediyimiz övladlarımız xalqına,millətinə vurğun,dövlətinə sadiq vətəndaşlar kimi böyüdülər,tərbiyə olundular.Və torpaq uğrunda, şərəf uğrunda bu qanlı mücadiləyə göz qırpmadan,uf demədən qoşuldular. Vətən müharibəsi başlanan gündən ən çox diqqət çəkən məqam xalqın Ali Baş Komandanla birliyi idi. Xalqın öz sərkərdəsinə inamı müharibəni qalibiyyətə aparmağın əsas şərtidir-bunu hər birimiz gözəl anlayırdıq.Və bizim qələbələrimizin rəhni budur. Biz qalib gəldik, çünki bir idik. Biz qalib gəldik, çünki haqlı idik. Biz müharibə istəmirdik, lakin ona hazırlaşmışdıq. Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı,hərbi infrastrukturun müasir innovasiya ilə təkmilləşdirilməsi bu hazırlığın göstəricisidir.
Təkcə hərbi yox,diplomatik yönümdə də üstün olduq.Çünki İlham Əliyev kimi təcrübəli və müdrik rəhbərimiz var.O,dünyanın ən nüfuzlu media agentliklərinə müsahibələr vermiş, beynəlxalq tədbirlərdə və rəsmi görüşlərdə Azərbaycanın haqq səsini planetin hər guşəsinə çatdıra bilmişdi.Bax budur ədalətin təntənəsi,bax budur əsl zəfər!
Qədim Çin filosofu Lao Tszının təbirincə desək, insanlara liderlik etmək istəyirsənsə, onlarla birlikdə hərəkət edin. Bir siyasi lider kimi İlham Əliyev daima xalqla birdi, xalqının yanındadır. Bizim bir dəmir yumruğumuz var ki,o da xalqın birliyidir.Biz birlikdə güclüyük!
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin direktoru
Təhmasib Məmiyev