Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi.
Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev
Son 50 ilin müharibələr tarixinə fikir versək görərik ki, başlanılan bir çox hərbi əməliyyatlar münaqişələrin sonlanmasına deyil, daha da alovlanmasına gətirib çıxarıb. Amma cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxarıb. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. Bunu təkcə dostlarımız deyil, hətta bizim uğurlarımıza qısqanclıqla yanaşanlar da etiraf edirlər.
Vətən müharibəsində Böyük Qələbəmizdə vacib olan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamlı, uğurlu davamı idi. Dövlət başçısının son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib.
Vətən müharibəsinin nəticələrini qiymətləndirərkən qonşu dövlətlər, tərəfdaş olduğumuz, əməkdaşlıq etdiyimiz ölkələrlə səmimi, dostluq və qarşılıqlı maraqları təmin edən münasibətlər quran, eləcə də respublikamızda davamlı inkişafı təmin edən optimal siyasi hakimiyyət sisteminin fəaliyyəti sayəsində dövlətimizin nail olduğu güclü, çoxşaxəli iqtisadi inkişafı və iqtisadi qüdrəti də həlledici faktorlardan biri kim qeyd etmək lazımdır. Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması zamanın reallığıdır. Eyni zamanda, son illər ərzində ordunun texniki təchizatında da genişmiqyaslı dəyişikliklər baş verib, ən müasir silah sistemləri alınaraq silahlanmaya qəbul edilib. Artıq heç kimə sirr deyil ki, Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə isə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən taleyüklü addımlar atılıb ki, bunun da müsbət nəticələrini 44 günlük Vətən müharibəsində real şəraitdə gördük, şahid olduq. Hamıya məlumdur ki, bütün bu sadaladıqlarımız güclü iqtisadiyyat, dayanıqlı inkişaf və böyük maliyyə resursları olmadan təsəvvür edilə və həyata keçirilə bilməz.
Xalq öz Müzəffər Ali Baş Komandanını daha da yaxından tanıdı, dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş və bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu.
Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər, üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o da qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları pozdu, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutdu. Lakin bu cür təxribatlar Azərbaycan Ordusunun və xalqının əzmini qıra bimədi. Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir, Ordumuzun şəxsi heyəti istənilən qələbələri qazanmağa qadirdir. Azərbaycan Ordusu və xalqı bu gün öz Liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirdi.
Biz Qarabağa bu gənclərin alovlu vətən sevgisi ilə qayıdırıq. Qarabağın işğal olunmuş ərazilərindən qundaqda olanda atasının qucağında çıxan körpələr bu gün Qarabağa tankın üstündə vətənpərvər və peşəkar zabitlər kimi qayıdırlar. Biz Qarabağa dünyanın müxtəlif ölkələrində çalışan, vətənin dar günündə köməyə gələn, ürəyində vətən sevgisi daşıyan gənclərlə
qayıdırıq. Biz Qarabağa yumruq kimi birləşən xalq, bütövləşən Azərbaycan kimi qayıdırıq. Biz Qarabağa yenilməz Müzəffər Ali Baş Komandanımız, güclü Ordumuzla, siyasi, sosial-iqtisadi, elmi, mədəni nailiyyətlərimizlə qayıdırıq. Nəhayət biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin tarix müəllimi Məmməd İbrahimov