Vahid Muradov: Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur

Vahid Muradov: Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur 17 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Vahid Muradov - Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub.

Dövlət Proqramı uğurla icra olunur. Uğurlu görülən işlərdən ən vacibi yolların əsaslı təmiri və qaz xətlərinin çəkilməsidir. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına və inkişafına hələ 26 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır.

Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Ölkəmizə gələn bir də gəlmək istəyir.

Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

Bu gün də, sabah da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol inşaatçılarının bir amalı, bir məqsədi var: xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə nümunəvi xidmət göstərmək, mürəkkəb yol tikinti layihələrini bundan sonra daha da uğurla yerinə yetirmək və yeni-yeni zirvələr fəth etməkdir. Bütün bunlar həm də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kollektivi üçün günün şüarı, əsl deviz və əməli fəaliyyət proqramıdır.

Vahid Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabunçu rayonu Balaxani Asfalt Zavodu kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vahid Muradov özünü doğruldub. Bizdə hörmətli Vahid Muradovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Vahid Muradov: Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdurVahid Muradov: Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdurVahid Muradov: Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdurVahid Muradov: Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdurVahid Muradov: Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur

Oxşar xəbərlər