Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov dövlət qulluğunda şərəflə çalışır

Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov dövlət qulluğunda şərəflə çalışır Qanuninfo.az olaraq bu şərəfli insan - Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Məhərrəm Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Son aylarda Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov bir neçə sayt və qəzetlərdə davamlı şəkildə tənqid olunur. Davamlı şəkildə bu yazıları izləyərkən demək olur ki, Məhərrəm Məmmədov haqqında tənqid yazılmır, ona şər, böhtan atılır.

Məhərrəm Məmmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

Azərbaycanın sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan vermişdir. Həmin illərdə nəhəng tikinti meydançasını xatırladan respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər tikilmiş, yollar salınmışdır.


Respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.

Məhərrəm Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qaradağ Yük Stansiyasının rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Hasil olan qənaət isə deməyə əsas verir ki, bəzən KİV nümayəndələri barədə deyilir ki, onlar yaxşı ilə pisi ayırd edə bilmirlər.

Bəlkə yalan yazdıq deyilsin, fikirlərimizi ən kiçik elementlərə qədər əks əlaqə qanununun harada tamamlanmağı səbəbi ilə əsaslandıraq.


Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Bizdə hörmətli Məhərrəm Məmmədovu dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər