78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İqbal Məmmədovun “Daha güclü Azərbaycan naminə!” devizi ilə təbliğat-təşviqat kompaniyasının yekunu olaraq bu gün Lerik şəhərində yerləşən mədəniyət evində yüksək səviyyədə, izdihamla seçicilərlə görüş keçirilib.
İ.Məmmədov seçicilərlə görüşdə partiyanın şanlı keçmişi, gördüyü işlər və seçkilərə geniş platforma ilə gedən YAP-nın əsas məqsədi barədə məlumat verib:
"Qeyd edim ki, Partiyanın “10 addım paketi” adlandırılan seçki platformasında vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahəsinin inkişafı, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində fəaliyyət kimi məsələlər ölkənin prioritet inkişaf istiqamətləri olaraq əsas götürülüb. Bunlar ölkənin hərtərəfli inkişafı görüləcək işlərin az bir hissəsidir. Şübhə yoxdur ki, müstəqil dövlətimizin inkişafı gələcəkdə daha da artacaq, aparılan uğurlu islahatlar nəticəsində ölkəmiz gündən-günə inkişaf edəcək, iqtisadiyyatımız daha da güclənəcək, əhalinin maddi-rifah halı daha da yaxşılaçaqdır. Ölkənin hər bir vətəndaşının daşıdığı statusdan, mövqedən asılı olmayaraq, dövlət başçısının siyasətinə, doğma Vətənimizin çiçəklənməsinə var gücü ilə dəstək verməsi isə xalq-iqtidar birliyinin təzahürü olduğunun bariz nümunəsidir.
Eyni zamanda təbliğatda iştirak edən lerikli ağsaqqallar, ziyalılar və gənclər ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklədiklərini bildirdilər. Bundan sonra da əhalinin sosial rifahı və ölkəmizin daha da qüdrətlənməsi naminə Yeni Azərbaycan Partiyası ilə irəli getməklə, partiyanı təmsil edən namizədinə yekdilliklə səs verəcəklərini bildirdilər. Seçicilərimizin Yeni Azərbaycan Partiyasına və mənə olan etimadı məndə çox böyük qürur hissi yaşatdı. Ötən 5 il ərzində onları təmsil etdiyim üçün bir daha özümü xoşbəxt hiss etdim.
Bu görüşdə də seçicilərimizin göstərdikləri səmimi dəstək bir daha sübut etdi ki, xalq-iqtidar birliyi sarsılmazdır və bu birlik yalnız və yalnız ölkəmizin tərəqqisinə,inkişafına xidmət edəcəkdir".