123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Aqil Məmmədov Bakı şəhərində yerləşən Aşıq Şəmşir Mədəniyyət ocağı ictimai birliyində gənc seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən deputatlığa namizəd Aqil Məmmədov xalqımızın, ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda apardığı mübarizədən, 90-cı illərin əvvələrində ölkəmizin üzləşdiyi ağır, çətin günlərdən, müstəqilliyimizin və dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qaldığımızı bildirərək, Yeni Azərbaycan Partiyasının qurucusu və eləcədə müstəqil Azərbaycanın memarı Ulu Öndərimiz Heydər Əliyevin xalqımızı bu bəladan qutardığını, xilaskarlıq misyasını uğurla yerinə yetirdiyini qeyd etmişdir. O vurğulamışdır ki, bu gün məcburi köçkün gəncləri siyasi proseslərdə daha fəal iştirak etməlidir.Çünki məcburi köçkünlər şəriştəsiz, bacarıqsız insanların ölkəmizdə rəhbərliyi dövründə baş verən anarxiya və xaosun nəticəsi olaraq öz yurd yuvalarından didərgin düşmüşdür.
2003-cü ildə ölkə prezidenti seçilən cənab İlham Əliyevin son 16 ildə dövlətçiliyimiz qarşısındakı tarixi töhfələri və ölkəmizin əldə etdiyi əhəmiyyətli uğurlardan söz açan namizəd ölkəmizdə gənclərə xüsusi diqqət və qayğının göstərildiyini ölkə rəhbəri Cənab Prezident İlham Əliyev tərəfindən gənclərlə bağlı imzaladığı dövlət proqramlarının təsdiq edilməsini diqqətə çatdıraraq ölkə rəhbərinin gənclərə güvəndiyini və onalara etimad göstərdiyini bildirmişdir.
Tədbirdə çıxış edən Aşıq Şəmşir Mədəniyyət ocağı ictimai birliyinin sədir müavini Həbib Misirov, Bakı Dövlət Universitetinin dossenti, şair Ələmdar Cabbarlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Samir Əhmədov və digərləri öz çıxışlarında gənclərimizi anti-azərbaycan və anti-milli qüvvələrin məkrli planlarına qarşı iradə nümayiş etdirməyə və dövlətçiliyimizin güclənməsi naminə cənab prezidentimizlə birgə olmağa çağıraraq seçkilərdə fəal iştirak edib Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədova səs verməyə çağırıblar.Onlar bildiriblər ki, Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədov həqiqətəndə kəlbəcərliləri Milli Məclisdə layiqincə təmisil edə biləcək layiqli namizəddir.
Aqil Məmmədov seçkilərdə gənclərin ona etimad göstərdikləri təqdirdə daim onların yanında olacağını, onları narahat edən problemlərin həlli istiqamətində bütün səylərini əsirgəməyəcəyini bildirmişdir
Səmimi şəraitdə keçən görüşdə çıxış edən gənclər cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi xətti yüksək qiymətləndirdiklərini və hər zaman dövlətçiliyimizin yanında olduqlarını vurğulayaraq seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədova qarşıdan gələn parlament seçkilərində səs verəcəklərini bəyan etdilər.