Sizi və bütün kollektivinizi 22 iyul - Milli Mətbuat Günü və Azərbaycan Milli Mətbuatının 141-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik.
Azərbaycan mətbuatı ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçmiş, onun inkişafı və demokratikləşməsi istiqamətində böyük işlər görülmüş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olmuşdur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşmiş, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılmışdır.
Bu gün dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan mətbuatı da özünün yeni mühüm inkişaf dövrünü yaşayır. Hazırda ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini, onun maddi-texniki bazasının və maliyyə imkanlarının yaxşılaşdırılması, mətbuat işçilərinin fəaliyyətinə lazımi şərait yaradılması, onların məişət şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görüldüyünü və bütün qeyd olunanların ölkə rəhbəri tərəfindən Azərbacanda azad mətbuatın daha da inkişafı, demokratik dəyərlərin möhkəmləndirilməsi, eyni zamanda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində aparılan islahatların bariz nümunəsi olduğunu qətiyyətlə söyləmək olar.
Əminik ki, Sizin kollektiviniz milli mətbuatımızın bundan sonrakı tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcək və Azərbaycan jurnalistikasına sədaqətlə xidmətlərini davam etdirərək milli mətbuatımızın daha da çiçəklənməsinə öz dəyərli töhfələrini verəcəkdir.
Sizi və bütün kollektivinizi bir daha Azərbaycan Milli Mətbuatının 141-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı və gələcək fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Nərimanov Rayon İcra Hakimiyyəti