123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Samux rayon Aznix qəsəbəsi ərazisində məkunlaşan məcburi köçkünlərlə davam etdirmişdir. Görüşdə iştirak edən kənd sakinləri Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyasına böyük həvəslə qatılmışdır. Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası Daha güclü Azərbaycan naminə şüarı ilə qoşulub.Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb.O bildirib ki, namizədləri düzgün analiz edib öz layiqli namizədinizə səs verin. Aqil Məmmədov qeyd edib ki, seçiciləri əgər ona etimad göstərib səs verib Millət Vəkili seçəllərsə kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacaq, daima onların yanında olub onları narahat edən problemlərin həllinə çalışacaqdır.Görüşdə iştirak edən sakinlər çıxış edərək, Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz verdilər.