Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur

Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur Yeni Azərbaycan Partiyasının 65 saylı Saaatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi, akademik Əhliman Əmiraslanov Sabirabad rayonunun Yolçubəyli, Narlıq və Türkədi kəndlərinin seçiciləri ilə görüş keçirib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva partiyanın ölkəmizin inkişafındakı rolundan danışıb: “Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi təşkilatıdır. Seçkilərdə YAP tərəfindən ən layiqli namizədlər irəli sürülüb. Demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir. Eyni zamanda, partiyamızın “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında uğur qazanacağının və növbəti 5 ildə də uğurlu nailiyyətlərin şahidi olacağıq. Fevralın 9-da keçiriləcək seçkilərdə də akademik Əhliman Əmiraslanovun qalib gələcəyinə şübhə yoxdur.”

Yeni Azərbaycan Partiyası tərəfindən 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülən akademik Əhliman Əmiraslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və növbəti dəfə Milli Məclisin deputatı seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verib. Daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışaraq, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana cox böyük uğurlar qazandırdığını diqqətə çatdırıb. Akademik xüsusi olaraq vurğulayıb ki, ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır: “Ona görə də bu gün YAP Azərbaycanın hər yerində sevilən və dəstəklənən siyasi təşkilatdır. Xalqımız YAP-ın bütün bütün qərar və addımlarını dəstəkləyir, onların həyata keçirilməsində fəal rol oynayır. Ötən müddətdə mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament tribunasından səsləndirilib, eləcə də həll edilməsi aidiyyati dövlət qurumlarına ünvanlanıb. Dünyada, regionda gedən proseslər və bu proseslərdə Azərbaycanın yeri, xüsusilə son zamanlar Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkədə aparılan kadr və struktur islahatları, bu islahatların əhəmiyyəti və Azərbaycan dövlətçiliyinin dayanaqlılığı, möhkəmləndirilməsində və xalqın maddi rifahının daha da yaxşılaşdırılmasında rolu danılmazdır. Beləliklə də xalqımızın ölkə Prezidentinə olan inamı və rəğbəti onu deməyə əsas verir ki, bu seçkilərdə də YAP namizədlərinin qalib gələcəyi şübhəsizdir.”

Görüşdə seçicilər adından cıxış edən kənd sakinləri Əhliman Əmiraslanovun onlara hər zaman qayğı ilə yanaşdığını və fevralın 9-da seçki məntəqələrinə gedərək birmənalı olaraq YAP-ın namizədini, akademik Əhliman Əmiraslanovu dəstəkləyəcəklərini bildiriblər.


Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
Sabirabadlıların seçimi Əhliman ƏmiraslanovdurSabirabadlıların seçimi Əhliman Əmiraslanovdur

Oxşar xəbərlər