ABŞ prezidenti Donald Tramp Suriyanın Rəqqa şəhərinin İŞİD-dən tam azad edildiyini təsdiqləyib.
Bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq Rəqqa İŞİD terrorçularından tamamilə təmizlənib.
“Bizim İŞİD-ə qarşı mübarizəmiz uğurla nəticələnib. Bu mübarizədə tərəfdaşlarımız “Suriya demokratik qüvvələri” Rəqqanı uğurla azad etdilər. Bu döyüşlərdə bizimlə birgə terrorçularla mübarizə aparan bütün güclərin əməi böyükdür. Biz şəhəri terrorçulardan birgə azad etdik”, - deyə D.Tramp bildirib.
D.Tramp qeyd edib ki, İŞİD-in Rəqqada darmadağın edilməsi İŞİD-i tam darmadağın etmə qlobal kampaniyasında əsas mərhələdir: "İŞİD-in özünə mərkəz seçdiyi Rəqqanın və ərazilərin çoxusunun azad olunması ilə terrorçuların sonuçatıb. Bu döyüşlərdə bizimlə birgə olan bütün dövlətlərə, qüvvələrə təşəkkür edirik”.