“Neftçi” və “Qəbələ” Avropa Liqasında cavab oyunlarına çıxacaq

“Neftçi” və “Qəbələ” Avropa Liqasında cavab oyunlarına çıxacaq Bu gün “Qəbələ” və “Neftçi” komandaları UEFA Avropa Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcəklər.

“Report”un məlumatına görə, “qırmızı-qaralar” Gürcüstanda “Dinamo” ilə üz-üzə gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu kollektiv evdəki məğlubiyyətin (0:2) əvəzini Tbilisidə çıxmağa çalışacaq.

Əyalət təmsilçisi Qəbələ şəhər stadionunda 41-ci dəqiqədə Levan Katulya, 87-ci dəqiqədə Arfanq Daffenin qolları ilə uduzub. Ölkə kubokunun sahibi “Dinamo”nu 2:0 hesabı ilə üstələyə bilsə, görüşdə əlavə vaxt oynanılacaq. Qarşılaşma Finlandiyalı hakimlərə tapşırılıb.

Flaqman isə “Bakcell Arena”da Rusiya “Arsenal”ını qəbul edəcək. Tulada rəqibini 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab matçında sərfəli nəticə qazanmağa cəhd göstərəcək. Səfərdə Dario Frederikonun 45-ci dəqiqədə vurduğu qol “Neftçi”yə qələbə qazandırıb. Görüşü Maltadan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ”
Baş hakim: Petri Vilyanen

Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu

Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)

Hakim-inspektor: Yens Larsen (Danimarka)

UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava)

Tbilisi. Boris Payçadze adına stadion

İlk oyun – 2:0

21:00. “Neftçi” – “Arsenal” (Rusiya)

Baş hakim: Alan Mario Sant

Baş hakimin köməkçiləri: Ona Edvard Spiteri, Roberto Vella

Dördüncü hakim: Malkolm Spiteri (hamısı Malta)

Hakim-inspektor: Mika Peltola (Finlandiya)

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)

“Bakcell Arena”

İlk oyun – 1:0

Oxşar xəbərlər