Erməni katalikosdan sərsəm çağırış — Qarabağı Ermənistana birləşdirin

Erməni katalikosdan sərsəm çağırış — Qarabağı Ermənistana birləşdirin Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aram Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə çağırıb.
Erməni KİV-lərinin yazdığı xəbərə əsasən, patriarxın Livanın Antilyas kilsəsində verdiyi moizənin mətni Kilikiya patriarxının “Facebook” səhifəsində dərc olunub. Kilikiya katolikosu “Qarabağ məsələsində istənilən güzəştin Ermənistanın müstəqilliyi baxımından yolverilməz” olduğunu bildirib.
“Bütöv və birləşmiş Ermənistan ideyasının gerçəkəşdirilməsi Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq”, - deyə katolikos söyləyib.

Oxşar xəbərlər