Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT

Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün həbs edilərək, Bakıya gətirilən, daha sonra Azərbaycan Prezidentinə xahiş etdiyi üçün azad edilən, lakin anti-Azərbaycan fəaliyyətini hələ də davam etdirən Rusiya və İsrail vətəndaşı, bloger Aleksandr Lapşinin Feysbuk səhifəsində paylaşdığı video Gəncədə polis zabitlərinə qarşı törədilən terror aktı fonunda diqqət çəkir.

Publika.az xəbər verir ki, Lapşinin paylaşdığı videonu Belarus pasportu ilə Azərbaycanın Gəncə şəhərinə gələn erməni əsilli Vlad Maqa hazırlayıb.

Lapşin “Azərbaycanı ziyarət edib Gəncədə “ata evinə” qədər gedən Belarus vətəndaşı olan bir erməni” deyə yazıb.

Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT










Lapşin videoya yazdığı şərhdə iddia edir ki, “Qarabağ müharibəsində ermənilər Gəncədən qaçmağa məcbur olublar, onların evlərini azərbaycanlılar “tutub”. Erməni əsilli gənc Gəncəyə gedərək gözəl bir reportaj hazırlayıb”.

Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT









Həmin erməni Gəncəyə səfərindən sonra Ermənistana gedib, orada isə işğal altındakı Dağlıq Qarabağ bölgəsini ziyarət edib.

Lapşin bu informasiyanı iyulun 9-da paylaşıb. Azərbaycan mediası isə bu haqda iyulun 10-da məlumat yayıb. Diqqətçəkən məqam odur ki, bu informasiyanın paylaşılmasından bir gün sonra Gəncədə terror aktı baş verdi.

Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT









Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbəy erməni əsilli Maqanın Azərbaycana gələrək, rahat şəkildə istədiyini etməsinə belə münasibət bildirib: “Sorosun dəstəklədiyi erməni agentlər Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərirlər”.

Oxşar xəbərlər