Prezidentliyə namizədlərin ermənilərə Qarabağ hiyləsi - Gəlişmə

Prezidentliyə namizədlərin ermənilərə Qarabağ hiyləsi - Gəlişmə Qarabağ mövzusu Avropanın beşiyindəki seçkilərdə əsas təbliğat ruporudur. Namizədlər münaqişənin həlli məsələsini tez-tez çıxışlarında qaldırırlar...

Fransada baş tutmuş prezident seçkilərinin ilk turunun qalibi Emmanüel Makron prezident seçiləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi səy göstərəcəyini vəd edib.

E.Makron bu problemin təkbaşına həllinin mümkün olmadığını da deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başlayıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

Fransa prezidentliyinə namizəd, ultra millətçi “Xalq Cəbhəsi” Partiyasının sədri Marin Le Pen Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün "Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu deyib.

Marin Le Pen Fransada nəşr edilən erməni qəzeti "Nouvelles d`Armenie"-yə müsahibəsində münaqişənin nizamlanması üçün belə variantı irəli sürüb.

Ulus.Az-ın məlumatına görə, yeni prezident seçkiləri ərəfəsində namizədlərdən ikisi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çox danışırlar. Onlar iddia edir ki, bu torpaqları vaxtilə Stalin üzgörənlik edərək Azərbaycana verib.

Halbuki Stalin üzgörənliyi ermənilərə edib və Zəngəzuru,Dərələyəzi, Göyçə mahalını daha onra Laçın rayonunun müəyyən kəndlərini, Zəngilanın 9 kəndini, Qazaxın kəmərli kəndindən böyük torpaq sahələrini və 2500 kvm ərazini Ermənistana verib.

Bütün bunlar onu göstərir ki, Moskva Sovet hakimiyyəti illərində daim Azərbaycan torpaqlarını həm Ermənistana, həm də Gürcüstana peşkəş çəkməklə keçirib.

Dünyadakı bu vəziyyət xristian təəssübkeşliyinin ortaya qoyduğu nəticədir. Məhz xristian təəssübkeşliyi bu gün dünyanın bir çox ölkələrində münaqişələri körükləməkdədir.

Marin Le Penin bəyanatına gəlincə isə, bu xanıma görə verdiyi bəyanatla ermənilərin səslərini alacaq. Yəni xanım siyasətçi Dağlıq Qarabağ münaqişəsini Fransa prezidentliyinə namizəd özünün seçki metodu kimi istifadə edir.

Fransanın həmsədrliyinə gəlincə isə, Minsk Qrupunun vasitəçiliyinə ümid bağlayaraq Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmək əbəs bir işdir.

Oxşar xəbərlər