"Qarabağ"a qayıdan Reynaldo Silva səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XVI tur matçından sonra brifinq keçirib.
Braziliyalı hücumçu report-un da suallarını cavablandırıb:
- "Qarabağ"a qayıtdıqdan sonra ilk oyununuza çıxdınız. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Təbii ki, xoş hisslər keçirdim. Azərbaycana yenidən qayıtdığıma görə sevincliyəm. Bu ölkəni çox sevirəm. Bura qayıtmağı çox istəyirdim. Hər kəsə təşəkkürümü bildirirəm. Bilirəm ki, hələ yolun başlanğıcındayam və formamı bərpa etmək üçün çox çalışmalıyam.
- İlk dəfə "Qarabağ"a transfer olub meydana çıxanda daha çox həyəcanlı idiniz, yoxsa bu gün?
- İndi daha çox həyəcan var idi. O zamanlar daha gənc idim və üzərimdə məsuliyyət daha az idi. İndi meydana çıxanda burada əvvəl yaşadığım anları xatırladım. Burada keçən illər gözümün önünə gəldi. Bu gün məndə daha çox həyəcan var idi.
- Biz yenidən əvvəlki Reynaldonu görə biləcəyik, yoxsa o illər artıq keçib gedib?
- Yox, həmin illər keçib getməyib. Mən hələ gəncəm. İndi sərgilədiyim oyuna görə fikir yürütmək olmaz. Komanda ilə birlikdə cəmi 3 gündür məşq edirəm. Vaxt keçdikcə formamı bərpa edəcəyəm və siz daha yaxşı Reynaldonu görəcəksiniz.
- Demək olarmı ki, özünüzü sübut etmək üçün cəmi 4 ayınız var?
- Ümumiyyətlə kiməsə nə isə sübut etməyə ehtiyac yoxdur. Artıq mənim necə oynadığımı və nəyə qadir olduğumu bilirlər. Uyğunlaşma prosesi bir müddət davam edə bilər. Bilmirəm, burada 4 ay ya daha çox qalacam, bunu deyə bilmərəm. Mənim üçün xoş olardı ki, karyeramın sonuna qədər qalım. Nəticə nə olur-olsun, klubdakı hər kəsə minnətdaram.
- Azərbaycan çempionatının səviyyəsi əvvəl oynadığınız dövrə nisbətən necədir və çempionluq uğrunda "Qarabağ"ı şanslı görürsünüzmü?
- Komandaların oyun tərzlərində dəyişiklik var. Bir də əvvəllər daha çox iddialı komanda var idi. "Qəbələ", "Bakı" kimi iddialı komandalar mübarizə aparırdılar. Hazırkı komandalar isə müdafiəyə oturub gözləyirlər. Komandaların oyun planında dəyişiklik olub. Çempionluq barədə də səbrli olmalıyıq və oyundan-oyuna irəliləməliyik. Məncə, onda istəyimizə nail ola bilərik.