Topaz Premyer Liqasının 3-cü turu "Neftçi”nin kapitanı Ruslan Abışov və "Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmauılov üçün əlamətdar olub.
Hər iki futbolçu çempionatda 200-cü oyununa çıxıb.
Ölkə çempionatında 2006/07 mövsümündə "Neftçi”nin heyətində debüt edən Ruslan 11-ci mövsümünü keçirdiyi yarışda 4 klubun formasını geyinib. O, 200 matçda 17 qol sevinci yaşayıb.
Daha çox – 126 dəfə "Neftçi” ilə oyun keçirən Abışov "Qəbələ”də 44, "Xəzər Lənkəran”da 17, "İnter”də 13 dəfə meydana çıxıb.
Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən İsmayılov isə ilk matçını da "Qarabağ”da keçirib. Onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi "Bakı”da 17, "İnter”, "Turan” və "Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.
Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.