“Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov Bakıda İspaniya “Atletiko”su ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
“Report” həmin müsahibəni təqdim edir...
- Qələbə qazana bilmədiyiniz üçün təəssüflənirsiniz?
- Belə bir hiss var. Oyunun sonlarında çox yaxşı imkanlarımız oldu. Qismət belə imiş. Düşünürəm ki, “Qarabağ”ın avrokuboklardakı ən yaxşı oyunlarından biri, bəlkə də birincisi idi. Bunu rəqibin gücünü nəzərə alaraq, deyirəm. Sevinirəm ki, məğlub olmadıq, bir xal qazandıq. Çox çətin qrupa düşmüşdük. Qrupu xalsız başa vurma ehtimalı var idi. Lakin xal qazanmağı çox istəyirdik. Stadiona gələn azarkeşlər futboldan həzz aldılar. Həm “Atletiko”, həm də bizim ifamızda yaxşı futbol oldu. Yaxşı mübarizə getdi, taktiki gedişlər edildi, kombinasiyalar, qol imkanları oldu. Deyərdim ki, qoldan başqa hər şey oldu.
- “Qarabağ” nəyin hesabına daha yaxşı oynadı?
- Bu barədə xüsusi bir şey deyə bilmərəm. Çıxdıq, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. İstəyirdik ki, yaxşı nəticə ilə hamını sevindirək. Sonda bu, alındı.
- Demək olarmı ki, “Qarabağ” artıq Çempionlar Liqasının ritmin tutub?
- Belə deməzdim. Bizi qarşıda çox çətin səfər oyunları gözləyir. Həm “Atletiko”, həm də “Çelsi”nin qrupdan çıxma şansları var. Daha 3 ağır oyunumuz var. Çempionlar Liqası elə bir turnirdir ki, hər oyuna yaxşı hazırlaşmaq və sona kimi mübarizə aparmaq lazımdır.
- Hakimdə rəqibə qarşı simpatiya hiss eləmirdiniz?
- Mən hakimlər haqqında danışmağı sevmirəm. Rəqibə qarşı simpatiya açıq aşkar görsənirdi.
- Avropa Liqasının qrupuna düşmək mümkündürmü?
- Biz hər oyunda mübarizə aparırıq. Futboldur. Bu gün qələbə qazansaydıq, şansımız daha çox olardı. Əlimizdən gələni edəcəyik.
- U19-un oyunu Madriddə necə olacaq? Stadionlar yaxındır?
- Madriddəki oyunda iştirak etsəm, U-19-un matçına getməyəcəyəm. Belə qərar qəbul etdik ki, stadiona getməyim. Oyunçu kimi komandaya çox lazımam.
- Bakıda hakim qərəzli qərarlar verirdisə, bu, Madriddə necə olacaq?
- Bu cür şeylərə hazır olmaq lazımdır. Böyük klublara həmişə simpatiya var. Hər şeyi hakimin boynuna yıxmaq istəmirəm. Yaxşı qol imkanlarımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda həyəcanlandıq. Bir xal da pis nəticə deyil.
- “Atletiko” ilə səfər matçında Dino Ndlovusuz çətin olmayacaq?
- Dinonu itirdik, Bədavinin oynaması sual altındadır, zədəsi çox ciddi görünür. Maksim oyundan əvvəl zədəli idi. Qarşıda bizi “Qəbələ” ilə oyun gözləyir. Bu matç da bizim üçün çətin olacaq.